Vakansiya haqqında məlumat:
Struktur bölmə: Strategiya və investisiya departamenti, Layihələrin idarəolunması şöbəsi
Vəzifə: Layihələrin idarəolunması şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 07 fevral 2021-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Qüvvədə olan təlimat və qaydalara əsasən Departament tərəfindən şöbəyə dair sənədlərin operativ və keyfiyyətli hazırlanması, onların icrasını və şöbə daxilində kargüzarlığın aparılmasını təşkil etmək;
2. Daxili və xarici istifadəçilərə təqdim etmək üçün şöbənin fəaliyyətinə aid hesabatların hazırlanması;
3. Cəmiyyətin filialları, nümayəndəlikləri və agentləri ilə planlaşdırma və layihələrin idarə olunması sahəsinə aid işləri təşkil etmək və həyata keçirmək;
4. Şirkət üzrə aparılan əməliyyatların vahid İT platforması üzərində proqram təminatının yaradılması layihələrində iştirak etmək;
5. Layihə üzrə bütün zəruri sənədləşdirmə işlərinin, onların aidiyyatı sturukturlar ilə əlaqələndirilməsini, o cümlədən, layihə üzrə dəyişikliklərin icrasını təmin etmək;
6. Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğun olmasını təmin etmək;
7. Layihələrin idarə olunması üzrə işçi qrupun formalaşmasında və işlərin icrasında iştirak etmək;
8. Layihələr üzrə tender və müsabiqələrin təşkilində və keçirilməsində iştirak etmək;
9. Layihə üzrə məlumatların toplanmasını, təhlilini aparılması və layihə büdcələrinin hazırlanmasında iştirak etmək
10. Şirkət üzrə layihələrin planlarının və büdcələrinin hazırlanmasında iştirak etmək;
11. Şirkət üzrə layihələrin konsepsiyasının hazırlanmasında iştirak etmək.
12. Şirkətin illik Əməliyyat Planının tərtibatı (layihə və fəaliyyətlərin toplanması, komplektləşdirilməsi, büdcənin yığılması, prioritetləşdirmə prosesində iştirak, qrafiklərin razılaşdırılması və s.) prosesini həyata keçirmək;
13. Əməliyyat Planının aylıq və rüblük monitorinqini həyata keçirmək və monitorinq nəticələri üzrə İdarə Heyətinə hesabatlılığı təmin etmək;
14. Əməliyyat Planı prosesinə dəyişikliklər, əlavələr, forma və yanaşmaların təkmilləşdirilməsi ilə bağlı təkliflərini vermək və razılaşdırılmış yenilikləri tətbiq etmək
Namizədə olan tələblər:
İş təcrübəsi: Layihələrin idarəolunması sahəsi üzrə ən azı 1 il təcrübəsi
Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla), Rus dili (orta)
Kompüter bilikləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, təsirgöstərmə, planlaşdırma:
Üstünlüklər: Agile Layihələrin idarəolunması sahəsində hər hansı sertifikatın olması.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.