PAŞA Bank KOS Bankçılıq Departamentinə Məhsul Sahibi vəzifəsinə namizədləri komandasına dəvət edir.
Məqsəd:
Məhsul Sahibi biznesin inkişafını təkmilləşdirəcək məhsulların təqdim edilməsinə, bir və ya daha çox məhsulla əlaqəli bütün səviyyələrdə qərarların verilməsinə və nəticələrə görə məsuliyyət daşıyır. Bu zaman əsas missiya elə bir məhsul yaratmaqdır ki, bununla müştərilərin bank məhsullarından istifadəsi üzrə təcrübələrinin dəyişdirilməsi, xidmət səviyyəsinin təkmilləşdirilməsi təmin olunsun. Məhsul sahibi ehtiyaclara cavab verən yüksək keyfiyyətli müştəriyönümlü həllərin yaradılması üçün həll yollarının tapılmasında, eləcə də həmin həllərin hazırlanması üçün çalışan agile (çevik) komandada aparıcı rol oynayır.
Öhdəliklər:
• Müştəri təcrübəsini yaxşılaşdırmağa yönələn biznes hədəflərin yerinə yetirilməsi,
• Son texnologiyalara əsaslanan innovativ ideyaların hazırlanması, bazara təqdim olunması və təkmilləşdirilməsi,
• Məhsulun yol xəritəsinin, gələcəyinin, hədəflərinin təyin olunması və bu hədəflərə çatmaq üçün maneələrin / problemlərin həll olunması,
• Müştəri ehtiyaclarının davamlı olaraq nəzərdən keçirilməsi, prioritetlərin düzgün dəyişilməsi, növbəti addımların, risklərin müəyyənləşdirilməsi,
• Problemlərin və asılılıqların əsas səbəbini təyin etmək üçün analitik düşüncə bacarığı,
• Qərarları dəqiq rəqəm və məlumat əsasında vermə bacarığı,
• Komanda ilə işləmə bacarığı
• Digər məhsul, dizayn, hüquq, biznes və maliyyə strukturları daxil olmaqla müxtəlif komandalarla əməkdaşlıq bacarığı.
Tələblər:
- Müxtəlif biznes sahələri üzrə iş təcrübəsi
- Proqram təminatı üzrə sadə texniki biliklər
- İnkişaf etməkdə olan rəqəmsal ideya və tendensiyalarla tanışlıq
Tələblərə cavab verən namizədlərdən müraciətləri 28 fevral 2021-ci il tarixinədək [email protected] ünvanına email-in mövzu hissəsində “Məhsul Sahibi” yazaraq göndərmələri xahiş olunur. Əks halda, Sizin namizədliyiniz nəzərə alınmayacaq və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.