Kredit üzrə mütəxəssis
Son tarix 01 dek 2021
Bakı, Bərdə, Tovuz, Gəncə, Goranboy, Ağdaş, Göyçay, Sabirabad, Şəki, İsmayıllı filialları
Əsas vəzifələr:
-
Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
-
Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
-
Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
-
Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
-
Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
-
Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Namizədə olan tələblər:
-
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
-
Ali təhsil/ natamam ali təhsil;
-
Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
-
Cins: kişi (arzu olunandır)
-
Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
-
Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
-
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Şənbə: 10:00-16:00
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini - [email protected] - "Kredit üzrə mütəxəssis" başlığı ilə göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir