Hüquqşünas
Son tarix 27 noy 2021
İş barədə məlumat:
-
Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
-
Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
-
Cari qanunvericilik haqqında Cəmiyyətin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək;
-
Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
-
Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
-
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
-
Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
-
Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
-
Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
-
Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.
Tələblər:
-
Təhsil dərəcəsi: Bakalavr
-
Hüquq sahəsi, hüquqşünas
-
Təcrübə: Sahə üzrə ən az 3 il,
-
Məsuliyyətlilik
-
Ünsiyyət qurmaq bacarığı
-
Etibarlılıq
-
Detallara fikir vermək qabiliyyəti
-
Azərbaycan, Rus dili- əla və İngilis dili-yaxşı səviyyədə bilmək
-
Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə göndərəsiniz.