Para BOKT
Filialı meneceri (Yevlax)
Son tarix 23 fev 2023 [email protected]
Bazarın liderlərindən biri olan “ParaBokt” Yevlax şəhəri üzrə filial menecer vəzifəsinə işçi qəbulu elan edir. Karyeranı bu sahədə görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik
Əsas vəzifələr:
- Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
- Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;
- Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
- Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
- Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
Namizədə olan tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yaş həddi 25-39 (yalnız bəy namizədlər)
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Ə/h: 1000 AZN + bonus
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Filial meneceri” başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.