Özsüt Azərbaycan
Marketinq üzrə mütəxəssis
Son tarix 12 apr 2025 - [email protected]
Vəzifə öhdəliyi:
- Şirkətin bütün sosial media hesablarının idarə edilməsi. Paylaşımlarla bağlı dizaynerə brief vermək, paylaşımları etmək, məzmunlar yaratmaq, günlük mesaj və rəylərin cavablandırılması;
- Trendlərə uyğun paylaşımları araşdırmaq, videoların çəkilişi, paylaşım üçün videoların editlənməsi;
- Google ads üçün reklamların yaradılması və nəticələrin izlənilməsi;
- Aylıq SMM hesabatlarının və müştəri şikayət raporlarının hazırlanması;
- Daxil olan şikayətlərin araşdırılması;
- Sorğu əsasında çap işlərinin həyata keçirilməsi;
- Periodik QR menyu platformasında və digər platformalarda məhsulların yenilənməsi;
- Şöbələr üçün uniformaların sifariş edilməsi;
- Hər şöbə üzrə satışın artırılması ilə bağlı komanda ilə birgə brain storming edərək kampaniyalar yaratmaq;
- Korporativ tədbir və ya görüşlər üçün mail və ya zəng vasitəsilə əlaqə saxlayan şəxslərə təklif vermək.
Namizədə aid tələblər:
- Ali təhsil
- Qeyd olunan vəzifə üzrə minimum 1 il iş təcrübəsi (restoran sahəsində işləməsi üstünlükdür)
- Microsoft Office proqramı üzrə biliklər
- Rus dili biliyinin olması əlavə üstünlükdür
- Sahə üzrə sertifikatların olması əlavə üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə 44
Üstünlüklər:
- Nahar ödənişi ilə təmin edilmə
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Marketinq üzrə mütəxəssis” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.