Özsüt Azərbaycan
İnsan resursları üzrə aparıcı mütəxəssis
Son tarix 11 fev 2024 - [email protected]
İş barədə məlumat:
- İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
- İşçinin işə qəbulu, işdən çıxarılması, işə davamiyyəti, bütün növ məzuniyyətlərdən (əmək, öz hesabına, sosial,təhsil) istifadəsi, işçiyə münasibətdə intizam tənbehlərinin tətbiqi və digər oxşar əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
- ƏMAS hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsi;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Əmək haqqının hesablanması üzrə işlərin icrası
- Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,)
- İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinə nəzarət edilməsi;
- Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlamaq;
- Əmək kitabçalarına qeydiyyatların aparılması;
- Vakansiyaların yerləşdirilməsi, CV-lərin çeşidlənməsi, müsahibələrin təşkili
- Vəzifə təlimatlarının hazırlanması;
Namizədə tələblər:
- Ali təhsil;
- İnsan resursları sahəsində 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi
- AR Əmək qanunvericiliyinin əsaslarını əla səviyyədə bilməli;
- Sahə üzrə sertifikatlar üstünlükdür.
- Yaş: 24-30 yaş arası;
- Komanda daxilində işləmək bacarığı
- Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması
- ƏMAS və Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı
- İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə aktivlik nümayiş etdirilməsi
- Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi
- Operativ düşünmə və problemləri həll etmə bacarıqları
- Zamanın düzgün şəkildə idarəolunması
- Məsuliyyət, nizam-intizamlı olunması
İş yeri: Bakı şəhəri
İş qrafiki: 5 günlük iş həftəsi (iş saatları 09:30 - 18:00)
Əmək haqqı: 800-1000 AZN
Nahar: Şirkət tərəfindən ödəniş olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.