Orzax
Product Manager
Son tarix 17 apr 2026 - [email protected]
2004-cü ildə fəaliyyətə başlayan Orzax, elmi sübutlara əsaslanan və beynəlxalq standartlara uyğun istehsal olunan qida əlavələri ilə bu gün 50-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq markadır.
Azərbaycanda Orzax brendinin rəsmi nümayəndəsi olan BioHerbalBaku MMC, məhsulların həkimlər tərəfindən elmi və klinik əsaslarla tövsiyə olunmasını prioritet hesab edən peşəkar medikal strategiya ilə fəaliyyət göstərir.
İş barədə məlumat:
- Şirkət: Orzax / BioHerbalBaku
- İş yeri: Bakı
- İş rejimi: 5 günlük 09.00-18.00
Vəzifənin məqsədi:
Medical & Strategic Product Manager şirkətin məhsul portfelinin elmi, strateji və kommersiya inkişafını idarə edən əsas funksional roldur. Vəzifənin məqsədi məhsulların həkim və aptek kanalında düzgün mövqeləndirilməsi, bazar payının artırılması, elmi kontentin idarə edilməsi və satış komandalarının strateji dəstəklənməsidir.
İş öhdəlikləri:
Strateji məhsul və portfel idarəçiliyi
- Məhsul portfeli üzrə illik strateji və marketinq planlarının hazırlanması
- Məhsulların həyat dövrü analizinin aparılması və inkişaf strategiyalarının qurulması
- Məhsulların prioritetləşdirilməsi və portfel optimizasiyası
Medical marketing və elmi fəaliyyətlər
- Məhsullar üzrə elmi kontentin hazırlanması və idarə olunması
- Klinik tədqiqatların və elmi məlumatların təhlili
- Həkim seqmentasiyası və elmi kommunikasiya strategiyasının qurulması
- Seminar və konfrans fəaliyyətlərinin koordinasiyası
Bazar analitikası və məhsul inkişafı
- Bazar ölçüsü, artım potensialı və rəqib strategiyalarının təhlili
- Yeni məhsullar üzrə bazar və elmi analizlərin aparılması
- Məhsul lansman strategiyalarının hazırlanması və performansın monitorinqi
Satış və daxili koordinasiya
- Satış komandası üçün strateji təqdimat və satış planlarının hazırlanması
- Məhsullar üzrə qiymət və rentabellik analizlərinin aparılması
- Satış, marketinq, ruhsatlandırma və istehsalçı tərəfdaşlarla koordinasiya
- Məhsul performansı üzrə hesabatların hazırlanması
Namizədə tələblər:
- Yaş aralığı: 25 – 45
- Təhsil (aidiyyatlı ixtisaslar):
- Tibb, Əczaçılıq, Biologiya, Kimya, sahələri üzrə ali təhsil.
Təcrübə:
- Təcrübəsiz namizədlər: elmi mövzulara real marağı olan, özünü inkişaf etdirməyə açıq və psixoloji cəhətdən hazır.
- Təcrübəli namizədlər: Product management, medical marketing və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi
- OTC, BAQM və ya dərman sektorunda təcrübə üstünlükdür
Bacarıqlar
- Analitik və strateji düşünmə qabiliyyəti
- Elmi məlumatlarla işləmə və interpretasiya bacarığı
- Təqdimat və elmi kommunikasiya bacarığı
- Layihə və portfel idarəetmə bacarığı
- Komanda koordinasiyası və liderlik bacarıqları
- MS Office və analitik alətlərlə işləmə bacarığı
- İngilis dili biliyi üstünlükdür
Təklif etdiklərimiz:
- 1300 – 2000 AZN əmək haqqı (təcrübəyə görə fərqlənir)
- Premya sistemi
- Benzin kartı (Avtomobili varsa)
- Davamlı təlim və inkişaf imkanı
- Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.












