Orzax
Rəqəmsal Marketinq Meneceri
Son tarix 24 noy 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Onlayn satış platformasının təkmilləşdirilməsi;
- Sosial media və digər digital kanalların idarə edilməsi;
- Post və kontent planın yazılması
- Reklam strategiyasının hazırlanması
- Büdcə strategiyasının hazırlanması
- İnfluencer marketinq;
- Kampaniya performanslarının izlənməsi və analitik hesabatların hazırlanması;
- Məzmun marketinqi strategiyalarının tərtib edilməsi və reallaşdırılması;
- Google Analytics, Facebook Ads Manager, Google Ads və digər rəqəmsal platformaların effektiv istifadəsi;
- Şirkətin brend və məhsul tanıtımında rəqəmsal trendlərin təqibi və tətbiqi
- Aylıq hesabatların hazırlanması
- Məhsullar və kampaniyalar üzrə hədəf auditoriyasının müəyyən edilməsi (Düzgün Targetinqin qurulması və reklamın aktiv saatlarının müəyyən edilməsi)
Tələblər:
- Ali təhsil
- Təcrübə sahə üzrə 1-3 il
- Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə
- Yeni məlumatları tez qavrama, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
- Təşəbbüskar və yaradıcı
- Kreativ, komanda ilə iş bacarığı
- Stressə davamlı olmalı
- Dil biliyi: İngilis dili, Türk dili
İş şəraiti:
- Əməkhaqqı: 1000-1400 Azn təcrübəyə əsasən +bonus
- Ünvan: Bəşir Bünyadov 12 (Ədiloğlu iş binası)
- Nahar şirkət tərəfindən verilir.
- Korporativ mobil nömrə verilir
Maraqlanan, xanım və bəy namizədlər “Rəqəmsal Marketinq Meneceri” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına cv müraciətlərini edə bilərlər.













