Orion Consulting
İT üzrə mütəxəssis
Son tarix 15 okt 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Cəmiyyətdə istifadə olunan şəbəkə və texniki periferiya avadanlıqlarına texniki xidmət göstərilməsini, profilaktik tədbirlər həyata keçirilməsini, zərurət olduqda, onların texniki hissələrinin təmir edilməsini və ya dəyişirdirilməsini təmin etmək məqsədilə tədbirlər görmək;
- Cəmiyyətdə istifadəçilərin keyfiyyətli və fasiləsiz internet bağlantısının olmasına nəzarət edilməsində iştirak etmək və istifadəçilərdə elektron poçtun keyfiyyətli və fasiləsiz işini təmin edilməsində iştirak etmək (MS 365, Office 365, Sharepoint);
- İstismar olunan kompüter avadanlıqlarına texniki baxış keçirilməsində, təmir və yeniləmə təkliflərin irəli sürülməsində iştirak etmək;
- Cəmiyyətin mərkəzləşdirilmiş internet və şəbəkənin, ofis cihazlarının (printer, skaner, surət çoxaldan, faks, telefon) quraşdırılmasını təşkil etmək, onların iş fəaliyyətinə nəzarət etmək və qüsurlar aşkar etdikdə aidiyyəti üzrə aradan qaldırılmasını təşkil edilməsində iştirak etmək;
- İnformasiya təhlükəsizliyi üçün lazımi tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- İT invertar sistemində bütün dəyişikliklərə nəzarət etmək.
- Sənədləşmə proseslərinin aparılması
- Daim öyrənməyə həvəsli
Tələblər:
- Comptia A+ səviyyəsində bilik.
- Mükəmməl Windows Əməliyyat sistemləri biliyi, itmiş informasiyaları bərpa etmək, müxtəlif proqram təminatlarını yazmaq, konfiqurasiya vermək, xətaları aradan qaldırmaq;
- Proqram təminatlarında çıxan qüsurları aradan qaldırmaq;
- Driverlerin yazılması, printerlərin quraşdırılması və bu avadanlıqlar üzrə ilkin texniki dəstəyi göstərməyi bacarığı;
- Antivirusların yazılması və sazlanmasını bacarığı;
- Hardware səviyyəsində biliklər, kompüterlərin hissələri haqqında mükəmməl biliklər;
- İnternetin çəkilişi, Lokal şəbəkənin qurulması, topologiyası və prinsipləri;
- Şəbəkə avandıqlarının (Router, switch, access point, və.s ) quraşdırmaq və sazlamağı bacarığı;
- MS 365, Office 365, Onedrive və SharePoint mühiti haqqında məlumatlı olmalı
- AD və GP haqqında anlayış.
- Inventar sistemləri haqqında məlumatlı
Əlavə məlumat:
- Əmək haqqı: 800-900 AZN (NET);
- İş qrafiki: I-V gün 09:00-18:00, şənbə və bazar-istirahət günü.
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Şirkət tərəfindən təmin edilir:
- korporativ nömrə ;
- ezamiyyə xərcləri;
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hissəsində “İnformasiya texnologiyaları üzrə mütəxəssis” yazıb e-mail ünvanına göndərə bilərlər.