Optimal Finance BOKT
Problemli kredit departamentində yığım üzrə mütəxəssis
Son tarix 07 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;
- Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
- Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
- Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
- Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Namizədə dair tələblər:
- Gecikdirilmiş kredit portfelinin idarə olunmasında təcrübə və biliklər;
- Azərbaycan dilində səlis danışıq bacarığı;
- Microsoft Office proqramlarından bilik və bacarıqlar;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 5 iş günü, saat 10:00-18:00, şənbə günü iş saatı 10:00-15:00, bazar günü - istirahət
- Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək