Banner

Vakansiyalar

"Optimal Elektronika" işçi axtarır - VAKANSİYA

"Optimal Elektronika" işçi axtarır - VAKANSİYA | FED.az
19:36 15 Dek 2020

"Optimal Elektronika" MMC vakansiya elan edib. 

Vakansiya: Kredit mütəxəssisi (Bakı, Mərdəkan, Gəncə, Lənkəran )
*Namizəd qeyd olunan regionun sakini olmalıdır

Tələblər:

- İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
- Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək analitika qabiliyyəti;
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.

Əsas vəzifələr:

- Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən aşağıda qeyd edilən linkə daxil olmaqla müraciətləri göndərməyiniz xahiş olunur.

https://jobs.talhunt.az/optimal/407-kredit+%c3%bczr%c9%99+m%c3%bct%c9%99x%c9%99ssis+-+g%c9%99nc%c9%99%2c+bak%c4%b1%2c+m%c9%99rd%c9%99kan%2c+l%c9%99nk%c9%99ran

Son tarix: 30.12.2020

Banner

Digər xəbərlər