Məhkəmə qərarlarının icrası ilə iş şöbəsinə hüquqşünas
Son tarix 01 may 2022 - Müraciət et
Bu şirkətlər işçi yığır: əmək haqqı 500-800-1000-1500 manat - 19 VAKANSİYA
Tələblər:
-
Ali hüquqi təhsil,
-
Minimum 2 il iş təcrübəsi
-
Mülki, mülki-prosessual, icra haqqında və kredit haqqında qanunvericiliyi bilməli;
-
Əla səviyyədə Azərbaycan dili biliyi.
-
Hüquqi nitq və yazışma qabiliyyəti;
-
MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı;
-
Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
-
Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Vəzifələri:
-
Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
-
Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq
-
Hüquqi sənəd (məktublar və s.) və ərizələri tərtib etmək;
-
Texniki vasitələrdən istifadə etməklə qüvvədə olan qanunvericilik və başqa normativ aktlar, onlara əlavələr və dəyişikliklər və ya onların ləğv olunması haqqında məlumatları müfaviq bölmələrə çatdırmaq;
-
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
-
Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
-
Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-
Həftədə 5 iş günü, 2 gün istirahət
-
Əmək haqqı 500 azn + bonus
Məhkəmə qərarlarının icrası ilə iş üzrə mütəxəssis
Son tarix 04 may 2022 - Müraciət et
Tələblər:
• Təhsil: Ali (hüquqşünas);
• Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dilini bilənlərə üstünlük verilir;
• İcra üzrə minimum 1 il təcrübəyə malik olmalıdır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• MS ofis proqramlarından yaxşı istifadə etmək bacarıqları.
Əsas vəzifələr:
-
Mövcud olan işlərlə bağlı məhkəmə proseslərində şirkəti təmsil etmək;
-
Qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə bağlı zəruri tədbirlərin görülməsi;
-
İcra mərhələsində olan işlərin nəzarətdə saxlanılması, icra məmurları və borclularla mütəmadi əlaqə yaradılması;
-
Müəyyən edilmiş vaxtda və qaydada hesabatların hazırlanaraq təqdim edilməsi;
-
Gündəlik görülən işlər haqqında məlumat vermək.
Biz Sizə təklif edirik:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Həftədə 5 iş günü, 2 gün istirahət;
-
Əmək haqqı 400 azn + bonus;