Onlayn satış məsləhətçisi
Son tarix 11 mar 2022
Tələblər:
-
Təhsil: Ali və ya orta;
-
Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
-
Satış təcrübəsi arzu olunandır;
-
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
-
Satış qabiliyyəti olmalı;
-
Məhsulları təqdim etmək bacarığına malik olmaq.
Əsas vəzifələr:
-
Onlayn şəkildə yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
-
Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
-
Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
-
Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
Biz Sizə təklif edirik:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Həftədə 6 iş günü, 1 gün istirahət;
-
Karyera yüksəlişi imkanı;
-
Ödənişsiz təlimlər;
-
Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Anbardar
Son tarix 11 mar 2022
Tələblər:
-
Təhsil: Ali və ya orta
-
İş təcrübəsi arzu olunandır.
-
Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dilində fikrini ifadə etməyi bacarmalıdır. .
-
Diqqətli, şaffaf, işində dəqiq olmalıdır.
Əsas vəzifələr:
-
Anbara daxil olan məhsulların qəbulu və qeydə alınması:
-
Anbara daxil olan məhsulların dövriyyəsinin izlənilməsi;
-
Anbarda mövcud olan (olmayan) məhsullar barədə müvafiq hesabatların hazırlanması;
-
Məhsullarının tamlığnın yoxlanılması, çatışmazlıqlar barədə Departamen rəhbərinə məlumatların verilməsi.
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-
Həftədə 6 iş günü, 1 gün istirahət
-
Karyera yüksəlişi imkanı
-
Ə/h: Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Monitorinq üzrə mütəxəssis
Son tarix 11 mar 2022
Tələblər:
-
İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
-
2 il monitorinq, kredit sahəsində təcrübəsi olmalıdır;
-
Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
-
MS Office proqramlarını (xüsusi ilə də MS Excel) yaxşı səviyyədə bilməlidir;
-
Azərbaycan, rus dillərini yaxşı səviyyədə bilməlidir;
-
Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
-
Operativ təhliletmə qabiliyyətinə sahib olmalıdır;
-
Ölkədaxili ezamiyyətlərə getmək imkanı olmalıdır;
-
İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
Vəzifələri:
-
Monitorinq sənədlərini tərtib etmək;
-
Mövcud müştərilərin maliyyə vəziyətini və nəzərdə tutulmuş şəkildə satış və krediti prosesini vaxtaşırı monitorinq etmək;
-
Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
-
Yeni layihələri təhlil etmək və proqnozlar hazırlanmasında iştirak etmək;
-
Monitorinq nəticəsində asılı olaraq hesabatların hazırlanması və s.
İş şəraiti:
-
Həftədə 5 iş günü, 2 gün istirahət;
-
Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
Operator (call center)
Son tarix 11 mar 2022
Tələblər:
-
Təhsil: orta-ixtisas / ali;
-
İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
-
Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
-
Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
-
Kollektivdə işləmək bacarığı;
-
Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.
Əsas vəzifələr:
-
Daxil olan telefon zənglərinin cavablandırılması;
-
Kompüterdə zənglərin qeydiyyatını aparmaq;
-
Şirkətin məhsulları haqqında tam məlumatlı olmalı;
-
Müştərilərin verdiyi sualların dolğun və ətraflı şəkildə cavablandırılması;
-
Zəng mərkəzinə gələn təkliflərin və şikayətlərin qəbul edilməsi;
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Həftədə 6 iş günü, 1 gün istirahət;
-
Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
-
Karyera yüksəlişi imkanı;
-
Ödənişsiz təlimlər;
Mağaza inzibatçısının müavini
Son tarix 11 mar 2022
Vəzifə öhdəlikləri:
-
Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
-
Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
-
Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi;
-
Sifarişlərin düzgün idarə edilməsini nəzarətdə saxlamaq;
-
Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
-
Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
-
Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;
-
Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək;
-
Mağazanın ümumi idarə edilməsi.
Tələblər:
-
İş təcrübəsi 2 il
-
Yaş 25 – 40
-
Ali təhsil
-
Pərakəndə sektorunda (Mağaza sahəsində) ən az 5 il iş təcrübəsi olmalı
-
Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı
-
Satış texnikası və prinsiplərini bilmək
-
Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək
-
İşgüzar davranış etikası
-
Xoşgörünüşlü
-
Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
-
Karyerasını satış sahəsində qurmaq istəyi
-
Azərbaycan Dili (əla)
-
Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) 1C proqramı
Əməliyyatçı
Son tarix 11 mar 2022
Tələblər:
-
Təhsil: Ali və ya orta;
-
Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
-
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Əsas vəzifələr:
-
Mağazaya aid olan bütün mədaxillərin və məxariclərin qeydiyyatı və sistemləşdirilməsi;
-
Kassaya daxil olan pul vəsaitlərin qəbulu və qeydiyyatı;
-
Mağaza işlərinin qeydiyyatını aparır, lazımi sənədləri tərtib edir və müəyyən edilmiş hesabatını aparır;
-
Müştərilərə məlumat və məsləhət vermək, onlara mağaza xidmətlərini reklam etmək;
Biz Sizə təklif edirik:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Həftədə 6 iş günü, 1 gün istirahət;
-
Karyera yüksəlişi imkanı;
-
Ödənişsiz təlimlər;