Hüquqşünas
Son tarix 13 yan 2022
Tələblər:
-
Ali hüquqi təhsil,
-
Minimum 2 il iş təcrübəsi
-
Mülki, mülki-prosessual, icra haqqında və kredit haqqında qanunvericiliyi bilməli;
-
Əla səviyyədə Azərbaycan dili biliyi.
-
Hüquqi nitq və yazışma qabiliyyəti;
-
MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı;
-
Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
-
Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Vəzifələri:
-
Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
-
Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq
-
Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək
-
Texniki vasitələrdən istifadə etməklə qüvvədə olan qanunvericilik və başqa normativ aktlar, onlara əlavələr və dəyişikliklər və ya onların ləğv olunması haqqında məlumatları müfaviq bölmələrə çatdırmaq;
-
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
-
Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
-
Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.
İş şəraiti:
-
Əmək Məcəlləsinə əsasən sənədləşmə
-
Həftədə 5 iş günü, 2 gün istirahət
Maliyyə analitiki
Son tarix 13 yan 2022
Tələblər:
-
Maliyyə göstəricilərinin təhlili və hesabatlarının hazırlanması;
-
Ümumi xərclərin yoxlanılması və təsdiq edilməsi;
-
Maliyyə və investisiya əməliyyatlarının monitorinqində iştirak edilməsi;
-
Nəğd vəsaitlərin hərəkətinə nəzarət zamanı qənaət rejiminin təmin edilməsi;
-
Şirkət büdcəsinin və xərclərin büdcələrə uyğunluğunun təhlili;
-
Biznes proseslərdə xərclərin artmasının qarşısını almaq məqsədi ilə məlumatların toplanması və təhlili;
-
Yeni iqtisadi trendlərin və biznes imkanlarını aşkarlayıb təhlil etmək;
-
Maliyyə hesabatlarının dəqiqliyi və mühasibat uçotu məlumatlarının düzgün tətbiq edilməsinə nəzarət
Vəzifələri:
-
Təhsil – Ali (Maliyyə, İqtisadiyyat);
-
Maliyyə və mühasibatlıq sahəsində ən azı 5 il iş təcrübəsi; ACCA, CIMA, CFA və digər beynəlxalq sertikfatlaırn olması üstülükdür.
-
MS Office proqramlarının peşəkar istifadəçisi (xüsusilə Excel);
-
Azərbaycan dili sərbəst, Rus və İngilis dili üstünlükdür
-
Qərarvermə qabiliyyəti;
-
Yüksək səviyyəli analitik bacarıqlar;
-
Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətin təhlil etmə bacarığı;
İş şəraiti:
-
Həftədə 5 iş günü, 2 gün istirahət;
-
Əmək haqqı: 2000 AZN;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini göndərə bilərlər.