Banner

Vakansiyalar

"Optimal Electronics" işçilər axtarır - VAKANSİYALAR

"Optimal Electronics" işçilər axtarır - VAKANSİYALAR | FED.az
22:05 12 İyun 2021

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir.

"Bank Respublika" işçi axtarır - VAKANSİYA

Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Vakansiya: Maliyyə analitiki

Tələblər:

• Maliyyə göstəricilərinin təhlili və hesabatlarının hazırlanması;
• Ümumi xərclərin yoxlanılması və təsdiq edilməsi;
• Maliyyə və investisiya əməliyyatlarının monitorinqində iştirak edilməsi;
• Nəğd vəsaitlərin hərəkətinə nəzarət zamanı qənaət rejiminin təmin edilməsi;
• Şirkət büdcəsinin və xərclərin büdcələrə uyğunluğunun təhlili;
• Biznes proseslərdə xərclərin artmasının qarşısını almaq məqsədi ilə məlumatların toplanması və təhlili;
• Yeni iqtisadi trendlərin və biznes imkanlarını aşkarlayıb təhlil etmək;
• Maliyyə hesabatlarının dəqiqliyi və mühasibat uçotu məlumatlarının düzgün tətbiq edilməsinə nəzarət

Vəzifələri:

• Təhsil – Ali (Maliyyə, İqtisadiyyat, Biznesin idarə olunması sahəsində);
• Maliyyə və mühasibatlıq sahəsində ən azı 5 il iş təcrübəsi;
• MS Office proqramlarının peşəkar istifadəçisi (xüsusilə Excel);
• Azərbaycan dili sərbəst, Rus və İngilis dili üstünlükdür
• Qərarvermə qabiliyyəti;
• Biznes haqqda dərin biliklər;
• Yüksək səviyyəli analitik bacarıqlar;
• Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətin təhlil etmə bacarığı;

İş şəraiti:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:

https://jobs.talhunt.az/optimal/536-maliyye+analitiki

 

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Vakansiya: Mağaza müdiri (Elektronika)

Tələblər:

• Mağazanın idarə ediləsi sahəsində azı 3 il iş təcrübəsi;
• Komandanın idarə edilməsi təcrübəsi;
• Satış sahəsinə dair nəzəri və praktik biliklər;
• Satışın Planlanması və Planın icrasına dair təcrübə;
• Azərbaycan və rus dillərini səlis bilməli.

Əsas vəzifələr:

• Mağazanın daxilində pozitiv komanda ruhunun yaradılması;
• Satışın effektiv həyata keçirilməsi;
• Mağaza işçilərinin davamiyyətinin izlənilməsi;
• İşçilərə iş yerində təlimlərin keçirilməsi;
• Şirkətin müvafiq departamentlərinə hesabatların verilməsi;
• Mağazanın işçi heyətinin effektiv idarə edilməsi;

Biz Siz təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Müraciət etmək üçün aşağıdakı linkə müraciət edə bilərsiniz:

https://jobs.talhunt.az/optimal/534-magaza+mudiri+(elektronika)

Banner

Digər xəbərlər