One Smart Star Azerbaijan
Debitor borc üzrə mühasib (Accounts receivable accountant)
Son tarix 02 okt 2024 - [email protected]
- Şirkət: “One Smart Star Azerbaijan” Bakı şəhəri, Demirchi Tower
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Yaş: 25 - 35 yaş
- Təhsil: Ali (müvafiq sahə üzrə)
- Əmək haqqı – müsahibənin nəticəsi əsasında razılaşma yolu ilə müəyyənləşdirilir
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
Vəzifə öhdəlikləri:
- Debitor borcların izlənilməsi, təhlili, qalıqların yoxlanılması və ödənişlərin təmin olunması;
- Müştəri ödənişlərinin gecikməsinə nəzarət etmək;
- Müştəri borcunun ödənilməsi üçün lazım olan sənədlərin vaxtında hazırlanması və müştəriyə çatdırılmasını təmin etmək
- Debitor hesabların yazılması, aylıq, gündəlik E-qaimələrin tərtib edilib göndərilməsi;
- Korporativ müştərilər ilə üzləşmə aktlarını, borclarının hesabatlarını hazırlamaq;
- Həftədə bir dəfə problemli borclara dair iclaslarda müzakirə etmək, təhlil etmək və sonda lazımi tədbirlərin görülməsini təmin etmək;
- Debitor borclar üzrə korporativ hesabatların və digər daxili hesabatların hazırlanması;
- Daxili CRM sistemi ilə işləmək və korporativ müştərilərin ödəniş məlumatlarının bazaya əlavə olunması;
- Korporativ müştərilər ilə e-mail və yazışmaların həyata keçirilməsi;
- Pul vəsaitlərinin (cash flow) hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət haqlarının hesablanması və ödənilməsi;
- Rəhbərlik tərəfindən verilən digər vəzifələri və xüsusi tapşırıqları yerinə yetirmək.
Tələb olunan keyfiyyətlər:
- Azərbaycan dilində mükəmməl, səlis yazılı və şifahi bilmək, rus dili (arzuolunan);
- Mühasibat uçotu, Maliyyə və kredit, Bank işi, İqtisadiyyat sahələrindən biri üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində 1-3 illlik təcrübə;
- MS Office (Excel, Word, PowerPoint) proqramlarını yüksək səviyyədə və tam sərbəst bilmək;
- Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan)
- Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
- Peşəkar, koorporativ etikanı bilməli;
Bacarıqlar:
- Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
- Məntiqi-analitik düşünmə tərzi və təhlil;
- Vaxtı idarəetmə və problem həll etmə bacarıqları;
- Dəqiqlik, dürüstlük, məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
- Yüksək səviyyədə motivasiya və həvəsli olma, çalışqanlıq, təşəbbüskarlıq;
Göstərilən tələblərə cavab verən namizədlər Mövzu hissəsində “Debitor borc üzrə mühasib” yazaraq öz CV-lərini e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar