OMİD Mağazalar şəbəkəsi
Bölgə müdiri (Rayonlar üzrə)
Son tarix 16 mar 2024 - [email protected]
İş barədə məlumat:
- Potensial müştəriləri müəyyənləşdirmək, onlarla əlaqə yaratmaq yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
- Satış təmsilçilərini idarə etmə bacarığı;
- Mövcud müştəri bazasını inkişaf etdirmək və möhkəmləndirmək;
- Müştəriləri cəlb etmək üçün kommersiya təklifləri hazırlamaq;
- Qiymət siyasətinin formalaşdırılması, satış təhlili və sənədlərin idarə edilməsini həyata keçirmək;
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
- Müştəri debitor borclarının idarə edilməsi.
Namizədə tələblər:
- Müraciət edən namizədlərin şəxsi avtomobili mütləq olmalıdır;
- Yaş həddi: 25-40 arası;
- Bu sahədə minimum 5 il təcrübə;
- Komandada işləmək bacarığı;
- Ünsiyyətcil və inandırma bacarığı;
- Öz üzərində işləyən, inkişafa meyilli;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Satış analizini aparmaq bacarığı;
- Vaxtın səmərəli idarə olunması bacarığı.
Əmək Şəraiti:
- Əmək haqqı 2500 AZN+bonuslar
- İş rejimi: Həftənin 6 günü;
- İş saatı: 09:00-dan 18:00-dək
Yalnız regionlarda yaşayan namizədlər mövzu yerində yaşadığı ərazini və “Bölgə müdiri” qeyd etməklə öz CV-lərini elektron ünvanına göndərə bilərlər.