Satış Məsləhətçisi (Mərdəkan)
Son tarix 27 noy 2021
İş haqqında məlumat:
-
Şöbənin fasiləsiz satış işini təmin etməlidir;
-
Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
-
Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
-
Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
-
Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;
-
Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
-
Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;
-
Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;
-
İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.
Namizədə tələblər:
-
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
-
Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan)
-
Orta və ya ali təhsil
-
Elementar riyazi hesablamaları
-
Satış texnikası və prinsiplərini
-
İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir
İş qrafiki:
-
09:00-dan 18:00-dək
-
Həftə içi 6 gün
-
1 gün istirahət
-
Əməkhaqqı: 400-600
-
Nahar şirkət tərəfindən verilir
-
AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə
Qeyd: Vakansiya Mərdəkanda yeni açılacaq mağazamız üçün nəzərdə tutulub. Mərdəkanda və yaxın ərazilərdə yaşayan namizədlər müraciət edə bilərlər.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Satış məsləhətçisi" yazaraq göndərmələri və ya N.Nərimanov rayonu, Ə.Rəcəbli 184 ünvanında yerləşən baş ofisə gəlmələri xahiş olunur.