OMİD Mağazalar şəbəkəsi
İT üzrə mütəxəssis
Son tarix 15 apr 2023 - [email protected]
İş barədə məlumat:
- Baş ofis və filiallar arasında informasiya axını sisteminin düzgün və təhlükəsiz qurulmasını təmin etmək;
- Kompyuterlərə nəzarət və problemlərin həlli;
- İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda yaranan problemlərin həlli;
- Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək;
- Serverlərdə yaranmış nasazlıqları aradan qaldırmaq;
- Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;
- Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
- Aktual məlumatın rezerv surətini yaratmaq, informasiya və analitik hesabatları hazırlamaq;
- Baş ofis və filiallarda yerləşən texniki vasitələrin və şəbəkənin düzgün qurulmasını və xidmətə yararlılığını təmin etmək;
- Baş ofis və filialların işçilərinə iş prosesində müvafiq ofis proqramlarından istifadə etməkdə texniki yardım göstərmək və işçilərə təlimlər keçmək.
Namizədə tələblər:
- Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi istiqamətində);
- Minimum 3 il iş təcrübəsi (analoji sahə üzrə);
- Verilən tapşırıqları tez bir zamanda yerinə yetirmə bacarığı;
- SQL ilə toplu əməliyyatların icrası, raporların, prosedur və sorğuların yazılması;
- ERP proqramları ilə iş təcrübəsi;
- Windows əməliyyat sistemlərində yüksək səviyyədə işləmək bacarığı;
- Problemləri düzgün analiz etmək bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- İşində məsuliyyətli, diqqətli və operativ olmaq.
Əmək Şəraiti:
- Əmək haqqı: 1500-2000 AZN
- İş rejimi: Həftənin 5 günü;
- İş saatı: 09:00-dan 18:00-dək; nahar fasiləsi 13:00-dan 14:00-dək.
- Nahar şirkət tərəfindən təmin olunur.
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 44.
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “İT üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 055-500-91-00