Oksigen Park MTK
İnşaat mühəndisi
Son tarix 16 yan 2026 - [email protected]
İş şəraiti
- İş yeri: Bakı (şantiye əsaslı)
- İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00 – 18:00
- İstirahət günü: Bazar günü
Vəzifə öhdəlikləri:
- Tikinti işlərinin layihə və normativlərə uyğun icrasına nəzarət etmək
- Sahə işlərinin gündəlik planlaşdırılması və koordinasiyası
- Sütun, tir, döşəmə, beton və armatur işlərinə texniki nəzarət
- Podratçı və subpodratçıların işlərinə nəzarət və hesabatların hazırlanması
- Material həcmlərinin (beton, armatur, formwork və s.) hesablanması
- Texniki sənədlərin, icra aktlarının və gündəlik hesabatların hazırlanması
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
Namizədə tələblər:
- İş təcrübəsi: İnşaat mühəndisliyi sahəsində minimum 10 il
- Təhsil: Ali (İnşaat mühəndisliyi)
- Yaş: Minimum 35 yaş
- Çoxmərtəbəli yaşayış binalarında iş təcrübəsi
- Beton, armatur və formwork sistemləri üzrə praktik biliklər
- Layihə oxuma və texniki hesablama bacarığı
- Normativ sənədlərlə (SNIP, AZ normativləri və s.) işləmə bacarığı
- Komanda ilə işləmə bacarığı, məsuliyyətli və nizam-intizamlı olmaq
Proqram bilikləri:
- AutoCAD
- MS Excel, MS Word
- MS Project və ya Primavera P6
- ETABS, SAFE
- Revit Structure / Revit
- 1C və ya ERP sistemləri
İşə qəbul şərtləri:
- Əmək haqqı: 2000 – 3500 AZN (təcrübə və bacarığa görə)
- Rəsmi əmək müqaviləsi
- Uzunmüddətli və stabil iş imkanı
- Böyük və sistemli yaşayış layihəsində çalışma perspektivi
- Peşəkar və təcrübəli komanda ilə əməkdaşlıq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











