Oil Supply LLC
Tender və satınalma mütəxəssisi (xanım)
Son tarix 02 sen 2023 [email protected]
Əmək funksiyaları:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tenderərin təhlili və hazırlanması (sənədlərin texniki, kommersiya və müqavilə aspektlərinə diqqət yetirməklə tender təkliflərini nəzərdən keçirmək, təhlil etmək və hazırlanması;
- Tender üzrə bütün tələb olunan zəruri texniki sənədlərin və sertifikatların hazırlanması və toplanması;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Tenderin izlənməsi: daxil olan tenderləri idarə etmək, tender tələblərinin təhlilinə kömək etmək.
- Xarici ölkələrdəki istehsalçı və təchizatçılarla yazışmaların və danışıqların aparılması, satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
- Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması, işgüzar danışıqların və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlərin icra olunması
- Satışın icrasını təmin etmək
Ümumi tələblər:
- Xanım namizədlər
- Güclü iş etikasına sahib olmaq
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Satış qabiliyyəti olmalı;
- Problemləri həll etmək bacarığına malik olmaq
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Məhsulları təqdim etmək bacarığına malik olmaq.
- Nizam-intizam
- Stress altında işləmə qabiliyyəti
Xüsusi tələblər:
- Müvafiq sahədə təcrübə: 1-3 il
- Azərbaycan dillərində səlis ünsiyyət bacarığı (Rus və İngilis dili üstünlük kimi qiymətləndirilir)
- Yaş həddi: 25-45
- Ofis proqramları
İş şərtləri:
- 6 günlük iş həftəsi
- İş saatı I-V: 9:00 –dan 19:00 -dək; VI: 09:30-15:00
- İstirahət günü Bazar günüdür
- Şirkətin ünvanı: Salyan şossesi 32 (https://goo.gl/maps/uV7a1d3STF2aHHKH6)
- Əmək haqqı: 1000-1500 AZN
Xahiş olunur ki, şəkilli CV-lərini mailin mövzu hissəsində “Tender və satınalma mütəxəssisi” sözlərini qeyd edərək [email protected] elektron ünvanına göndərsinlər.