Oil & Gas Industry
Xərclərin analizi üzrə kiçik mütəxəssis
Son tarix 18 apr 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının detallı təhlili və təqdimatı: xammal, işçilik, texniki xidmət və əlavə məsrəflər də daxil olmaqla istehsal və əməliyyat xərclərini təhlil etmək, ətraflı məhsul maya dəyərləri, variasiya təhlilləri və gəlirlilik tədqiqatları üzrə rəhbərlik üçün aylıq və illik hesabat və təqdimatların hazırlaması prosesində yaxından iştirak etmək.
- Büdcə və proqnozlaşdırma: əməliyyat büdcələrinin hazırlanmasına və monitorinqinə kömək etmək, gələcək maliyyə nəticələrini proqnozlaşdırmaq üçün xərclər üzrə proqnozlar hazırlanmasında iştirak etmək və səmərəlilikləri müəyyən etmək üçün emal müəssisələrinin istehsal proseslərini izləmək və təhlil etmək, xərclərin dəqiq bölüşdürülməsi üçün təkmilləşdirmələr tövsiyə etmək.
- Xərclərə nəzarət: büdcə hədəflərinə uyğunluğu təmin etmək üçün xərclərə nəzarət sistemlərinin tətbiq etmək, xərclərə qənaət edən təşəbbüslər və əməliyyat təkmilləşdirmələri üzrə tövsiyələr vermək.
- Data idarəetmə: ERP sistemlərində dəqiq xərc məlumatlarının daxil ediliməsinə, bu xərclərin xərc mərkəzlərinə doğru cost driver-lər üzrə bölüşdürülməsinə nəzarət etmək.
- Maraqlı tərəflər əməkdaşlığı: xərc komponentlərini, xərclərin bölüşdürülməsi mexanizmlərini başa düşmək üçün istehsal komandası ilə sıx əməkdaşlıq etmək.
Kvalıfıkasıya tələbləri:
- Maliyyə, mühasibatlıq və ya uyğun sahələrdə minimum bakalavr dərəcəsi.
- Xərclərin uçotu prinsipləri və təcrübələri haqqında möhkəm anlayış.
- SAP və Power BI üzrə işləmə bacarığı.
- Ortalama üzəri Excel bacarığı.
- ACCA, CIMA, CFA sertifikatları faydalıdır.
- Məlumatların təhlili və hesabatların hazırlanmasında yaxşı bacarıqlar.
- Yaxşı analitik qabiliyyət, problemin həlli və detallara diqqət.
- Yaxşı ünsiyyət bacarıqları və komandada effektiv işləmək bacarığı.