Office Lines
Satınalma şöbəsində bölmə rəhbəri
Son tarix 04 noy 2022 - [email protected]
Hesabatlılıq: Satınalma şöbəsinin müdiri.
Əsas Vəzi̇fə Öhdəli̇kləri̇:
- Satınalma şöbəsinin əməkdaşlarına təyin edilmiş günlük/həftəlik/aylıq/rüblük tapşırıqların icrasına birbaşa nəzarət etmək
- Həm daxili, həm də xarici təchizat prosesinə nəzarət etmək; mövcud təchizatçılarla effektiv əməkdaşlığa nail olmaq və yeni/alternativ təchizatçılar tapmaq
- Minimal anbar qalıqları məsələsini daimi gündəmdə saxlamaq və lazımi dəyişiklikləri etmək. Təyin edilmiş qalıqlara uyğun təchizatın effektiv təşkilinə nail olmaq
- 1C-dəki anbar və qeyri-anbar mal kateqoriyalarını davamlı nəzərdən keçirmək və müvafiq dəyişiklikləri etmək
- Təchizatçılarla qarşılıqlı üzləşdirmə aktlarının tərtib və təqib edilməsinə nəzarət etmək
- Satınalma şöbəsi tərəfindən alınan malların 1C-də düzgün qeydiyyata salınmasına nəzarət etmək
- Müəyyən iri təchizatçılarla əməkdaşlığa şəxsən nəzarət etmək; sifariləri yerləşdirmək və onların düzgün təmin edilməsinə nəzarət etmək
- Təchizatçılarla mütəmadi əlaqədə olmaq, ehtimal edilən/gözlənilən qiymət dəyişiklikləri barədə əvvəlcədən məlumatlı olmaq və buna uyğun müvafiq tədbirlər görmək/planlama aparmaq
- 1C-dəki təchizatçı bazaları və qiymət cədvəllərini yeniləmək
- Araşdırılaraq tapılmış hər bir yeni məhsul barədə detallı məlumatlara malik olmaq, onun üstün və zəif tərəflərini bilmək, hazırda aktiv satdığımız məhsulla müqayisəli analizini aparmaq
Vəzi̇fə Üzrə İlki̇n Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə iş təcrübəsi
- Idarəetmə və liderlik bacarıqları
- Analitik düşünmə və təhliletmə qabiliyyəti
- Yazılı və şifahi ünsiyyət bacarıqları
- Problemləri tez və effektiv həll edə bilmə qabiliyyəti
- Dil bacarıqları
- Sənədlər və sənədləşmə işində səriştə.
Əmək haqqı: AZN 800-1000 + rüblük bonuslar.
İş günləri və saatları: 09:00-18:00 bazar ertəsi-cümə, 10:00-15:00 şənbə
Maraqlanan şəxslər CV-lərini “Procurement Team Lead” sözlərini qeyd etməklə göndərə bilərlər.