OBA marketlər şəbəkəsi
İdxal mütəxəssisi
Son tarix 26 may 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Xarici şirkətlər ilə danışıqlar aparılması, müqavilələr bağlanılması
- Sifarişlərin hazırlanması və fabriklərə göndərilməsi
- Fabriklərin stokuna nəzarət olunması
- İdxal ödəniş planının hazırlanması və ödənişlərin icrasının təqib olunması
- Logistika şöbəsinə yükləmə planının verilməsi
- Yükləmələrin nəzarətdə saxlanılması (sənədlərin düzgünlüyünün yoxlanması, sertifikatlara müraciət edilməsi, daxili şöbələrə məlumat göndərilməsi)
- İdxal fabriklərinə aid müvafiq sənədləşmələrin icrası
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- Kompüter bilikləri: MS Office
- Dil bilikləri: Rus dili (yaxşı səviyyədə)
- 40 yaşa qədər;
- İş təcrübəsi:minimum 1 il
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İdxal mütəxəssisi" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır