OBA marketlər şəbəkəsi
Əməliyyatlara Nəzarət üzrə Aparıcı Mütəxəssis
Son tarix 29 avq 2022 - [email protected]
Departament: Daxili Nəzarət
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (maliyyə, iqtisadiyyat)
- Kompüter bilikləri: MS Office, 1C
- Dil bilikləri: Rus dili və ingilis dili
- Yaş: 25-35;
- İş təcrübəsi: müvafiq sahədə (audit və.s) minimum 1 il
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarının tədqiq edilməsi, uyğunsuzluqların və yaxud saxtakarlıq əlamətlərinin aşkara çıxarılması;
- Daxili və xarici bütün satınalma, təchizat prosesləri üzrə sənədli yoxlamanın təşkili, digər alternativ tədarükçülərin analoji mallar üzrə bazar satış qiymətlərinin araşdırılması və müqayisəli təhlillərin aparılması;
- Xidmət göstərən kənar təşkilatlar üzrə bütün proseslərə dair yoxlamanın təşkili və digər analoji xidmətlərlə müqayisəli təhlillərin edilməsi;
- Cəmiyyət üzrə bütün təsərrüfat və digər xərclərinin analizi, səmərəliliyi və uyğunluğunun yoxlanması;
- Yoxlamaları keyfiyyətli həyata keçirmək və aparılmış yoxlamaların nətəcələrinə, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlara dair hesabatın və uyğun tədbirlər planının hazırlanması, rəhbərliyə təqdim edilməsi.
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
- Servis xidməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü
Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcək
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əməliyyatlara Nəzarət üzrə Aparıcı Mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.