Vəzifə: İnsan Resursları Biznes Tərəfdaşı (kiçik mütəxəssis) (Şimal, Bərdə, Bakı)
İş yeri: OBA Marketlər şəbəkəsi,
Direktorluq: İnsan Resursları
Vakansiyalar Xaçmaz, Bərdə və Bakı ofislərindədir.
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində)
• Yaş: 23-35;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
• İşə qəbul müsahibələrinin aparılması bacarığı
• MS Office kompüter proqramlarından istifadə etmək bacarığı
• Şəxsi avtomobil olması arzuolunandır
Vəzifə öhdəlikləri:
- Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında üst rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
- Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “İnsan Resursları Biznes Tərəfdaş" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.