Vəzifə: Marketinq Reklamları üzrə aparıcı mütəxəssis
İş yeri: OBA Marketlər şəbəkəsi baş ofis
Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil
• Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili və rus dili
• Kompüter bilikləri: MS Office
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
• Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
• Marketinq reklamları trendinə bələd olan izləyən
• Linkedin ads, Facebook analytics və Pixel ilə işləmək bacarığı
• Ənənəvi media ilə yaxından işləmə təcrübəsi
Vəzifə öhdəlikləri:
- Müqavilələr, reklam kanallarının və reklam ediləcək mövzulara uyğun komanda və rəhbərlərlə görüşün təşkil edilməsi və reklam strategiyasının yazılması
- Reklam kampaniyalarını planlaşdırmaq üçün məlumatların toplanması
- Ənənəvi, digital, offline və online -bütün reklam kanallarının planlaşdırılması, əlaqələrin qurulması və idarə edilməsi
- Reklam müqavilələrinin mütamədi olaraq izlənməsi və davamiyyətinin yoxlanması
- Reklamlarla bağlı aylıq hesabatların hazırlanması
- Bazar araşdırmasına əsasən aylıq reklam platformalarının müəyyənləşdirilməsi
Əlavə təminatlar:
• Nahar şirkət tərəfindən verilir;
• Korporativ nömrə ilə təmin edilmə;
• Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq Reklamları üzrə aparıcı mütəxəssis" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.