OBA marketlər şəbəkəsi
Maliyyə analtiki (Xərclər üzrə)
Son tarix 02 iyn 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Struktur üzrə xərclərin aylıq analiz olunaraq uyğun departamentlərlə komunikasiya yaradılası;
- Logistika xərcinin tariflərlə uyğunluğunun analiz olunaraq trendsal müqayisəliliyinin hazırlanması və illik tariflərin doğruluğunun kontrol olunması;
- Məhsullar üzrə logistika xərclərinin bölgüsünün hazırlanması;
- İnvestisiya yatırımlarının analizi və CAPEX detallarının incələnməsi;
- Uyğun xərclərdə büdcə ilə kənarlaşmaların yoxlanılması;
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadi yönümlü);
- Sertifikat/Lisenziya: ACCA (F3, F7) və ya ekvivalent ola biləcək digər beynəlxalq sertifikatlar;
- İş təcrübəsi: Maliyyə analtikası sahəsində ən az 1-3 il;
- Kompüter bilikləri: MS Office (Excel-funksiya və formulları ilə sərbəst işləmə bacarığı );
- Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:
- Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə;
- Nəticəyönümlülük;
- Dəqiqlik;
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Maliyyə Analtiki (Xərclər üzrə)" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Monitorinq əməkdaşı
Son tarix 02 iyn 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Plan üzrə bölünmüş ərazilərdə yerləşən mağazaların mütəmadi olaraq operativ yoxlanılması;
- Mağaza əməkdaşları tərəfindən törədilən hər hansı neqativ halları aşkarlayaraq, birbaşa rəhbərinin təlimatı üzrə tədbirlərin görülməsi;
- Müşahidə kamerası vasitəsi ilə filialda baş verən bütün proseslərin izlənilməsi(inkassasiya və kassa əməliyyatları, mal qəbulu, digər icra olunmalı tədbirlər və s.) ;
- Təhkim olunmuş mağazalarda müəyyən olunmuş yoxlamaların aparılması;
- Ümumi təhlükəsizliyin təmin olunması məqsədilə mağazalarda müşahidə kameralarının görüntülərində aşkar olunmuş kor nöqtələri barədə aidiyyatı struktura məlumat verilməsi;
- Struktur rəhbəri və birbaşa rəhbəri tərəfindən verilmiş yazılı həmçinin şifahi təlimatları xidmət etdiyi obyektlərdə operativ tətbiq edilməsi;
- Korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqların icra edilməsi;
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali ;
- Yaş: 25-40;
- İş təcrübəsi: min.1 il;
- Kompüter bilikləri: MS Office (Excel- sərbəst);
- Ezamiyyə səfərlərinə hazır olmalı;
- Şəxsi avtomobil mütləqdir
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Monitorinq əməkdaşı" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.