OBA marketlər şəbəkəsi
Təsərrüfat inzibatçısı
Son tarix 16 fev 2023 - [email protected]
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- Kompüter bilikləri: MS Office
- Yaş: 40 yaşa qədər;
- İş təcrübəsi: inzibati sahədə 1 il
- Dinamik, öyrənməyə həvəsli, idarəçilik və təşkilatçılıq bacarığı
Vəzifə öhdəlikləri:
- Ofisin inzibati və təsərrüfat işlərinə və daxili təmizliyinə nəzarət
- Ofisin baş verən texniki problemlərinin həlli yollarının araşdırılması, təklif edilməsi
- Xadimələrə, fəhlələrə nəzarət və idarə etmək və iş axışının ləngiməməsini təmin etmək;
- Kommunal ödənişlər həyata keçirmək
- Müntəzəm olaraq təsərrüfat anbarında ehtiyac olan malları sifariş etmək və aylıq büdcə hazırlamaq;
- Təsərrüfat anbarına nəzərat etmək və üst rəhbərinə hesabat vermək;
Əlavə məlumatlar:
- Nahar
- Servis
- Korporativ nömrə
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təsərrüfat inzibatçısı" yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Anbardar (Tikinti materialları)
Son tarix 13 fev 2023 [email protected]
İş yeri: OBA Marketlər şəbəkəsi (Zabrat anbarı)
Namizədə dair tələblər:
- Təhsil: Ali
- Kompüter bilikləri: MS Office (excel yaxşı səviyyədə)
- Yaş: 45 yaşa qədər;
- İş təcrübəsi: minimum 1-2 il (sırf tikinti anbarı sahəsində)
- Tikinti materiallarını yaxşı tanımalı
- Çevik, öyrənməyə həvəsli, inkişafa meyilli
- İş yeri Zabratda yerləşir
Vəzifə öhdəlikləri:
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.
- Tikinti materialların inventarizasiyasını təlimatlara uyğun hazırlamaq, təşkil etmək
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə izahatı aidiyyatı struktura təqdim etmək.
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
- Anbardakı malları ehtiyaca görə saymaq
- Anbarda olan malları inventar nömrəsi ilə nömrələmək
- Daxil olunmuş sənədlərin qeydiyyatı
- Hesabat üçün məlumatları hazırlamaq və mühasibat sənədlərinin qorunması
- Anbara daxil olan və çıxan tikinti materialı və alətlərin plana uyğun yerləşdirilməsini təmin etmək
Əlavə təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Anbardar" qeyd edərək göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Mobil tətbiq və veb sayt admini
Son tarix 13 fev 2023 [email protected]
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- Dil bilikləri: ingilis dili
- Kompüter bilikləri: HTML, CSS3, JS, SFTP, Jquery üzrə biliklər
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Təşəbbüskar, yenilikçi, punktual və kreativ
- Öncədən yazılan kodları təhlil və onlarla işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Veb sayt və mobil tətbiqə məhsullar, kampaniya və digər məlumatların yerləşdirilməsi və mütəmadi olaraq yenilənməsi
- Veb sayt və mobil tətbiqlə bağlı yeni funksionallıqla bağlı təkliflər hazırlamaq
- Səhvlər və uyğunsuzluqların araşdırılması və düzəlişlərin edilməsi
- Veb sayt və mobil tətbiq üzərindən kampaniya təkliflərinin hazırlanması və yayınlanmasını təmin etmək
- Bazar trendlərinin, yeniliklərin izlənməsi və onların işdə tətbiqi
- Traffikin artırılması üzrə təkliflərin hazırlanması
Əlavə təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mobil tətbiq və veb sayt admini" yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.