OBA marketlər şəbəkəsi
İşə Qəbul Şöbə Müdiri
Son tarix 13 mar 2026 - Müraciət et
Təsvir
- İşə qəbul prosesinin tam idarə olunmasını təmin etmək;
- Namizədlərin axtarışı, seçimi, ilkin və yekun müsahibələrin keçirilməsində iştirak etmək;
- İşə qəbul siyasətinin və prosedurlarının təkmilləşdirilməsi, icrası və tətbiqinə nəzarət etmək;
- Şirkət əməkdaşlarının şikayətlərini araşdırmaq və müvafiq tədbirlər görülməsi üçün aidiyyati struktura yönləndirmək;
- İR strategiyası və şirkət məqsədlərinə uyğun olaraq işə qəbul fəaliyyətini planlaşdırmaq və həyata keçirmək;
- Prosedurlara əsasən imtahana cəlb ediləcək ixtisaslar üzrə test sualları tərtib etmək və müvafiq zaman aralığında yenilənməsinə nəzarət etmək;
- İşə qəbulda innovativ yanaşmalar tətbiq etmək, yeni alətlər və texnologiyaların istifadəsinə töhfə vermək
- Şöbənin fəaliyyət istiqaməti ilə bağlı olan məsələlərlə əlaqədar səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlayaraq hesabat verdiyi instansiyaya təqdim etmək;
- Komanda üzvlərinin fəaliyyətinə rəhbərlik etmək, onların motivasiyası və inkişafını dəstəkləmək;
- Rəhbərlik üçün aylıq, rüblük və illik hesabatlar hazırlamaq, analitik məlumatları təqdim etmək.
Tələblər
- Ali təhsil (İnsan Resursları, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 5 il , o cümlədən rəhbər vəzifədə ən azı 3 il təcrübə;
- Retail sahəsində təcrübə üstünlükdür
- İşə qəbul prosesləri, müasir metodologiyalar, və müxtəlif müsahibə modelləri üzrə dərin biliklər və praktiki bacarıqlar;
- Texniki biliklər: MS Office, ATS sistemləri ilə yüksək səviyyədə çalışmaq bacarığı
- Səriştə əsaslı müsahibə aparmaq bacarığı;
- İR sahəsində beynəlxalq sertifikatlar üstünlükdür
- Liderlik və motivasiyaetmə bacarığı
- Yüksək ünsiyyət və təqdimat qabiliyyəti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Yanacaq xərci
- Nahar təminatı
- Parking
- Könüllü tibbi sığorta
- Mobil danışıq limiti və digər imtiyazlar
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
- Peşəkar təlim və inkişaf imkanlar
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











