OBA marketlər şəbəkəsi
Data mühəndisi (Aparıcı mütəxəssis)
Son tarix 16 fev 2026 - Müraciət et
Təsvir
- Şöbə əməkdaşları və layihələr üzrə işləri əlaqələndirmək və tapşırıqları koordinasiya etmək;
- BI sistemləri və Data Warehouse/OLAP arxitekturasını qurmaq, idarə etmək və inkişaf etdirmək;
- ETL (Extract, Transform, Load) proseslərini icra etmək, optimallaşdırmaq və təkmilləşdirmək;
- SQL sorğularını hazırlamaq, məlumatları təhlil etmək, hesabatları yaratmaq və vizuallaşdırmaq;
- Strukturlaşdırılmış və statistik məlumatları toplamaq, təhlil etmək;
- Daxili və xarici sistemlərdən məlumat çıxarmaq, yoxlamaq və məlumat araşdırmalarında iştirak etmək;
- İstifadəçiləri BI sistemlərinə giriş hüquqları ilə təmin etmək və sistemləri mütəmadi monitorinq etmək;
- Big Data texnologiyalarını tətbiq etmək, məlumatların emalını və idarə edilməsini həyata keçirmək;
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri həyata keçirmək və rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Təhsil: Ali (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
- BI alətləri (Power BI, Tableau və s.) ilə iş təcrübəsi
- ETL, Data Warehouse və OLAP sistemləri üzrə anlayış və bacarıqlar
- Big Data texnologiyaları ilə iş təcrübəsi və bu texnologiyalar barədə ətraflı biliklər
- Güclü analitik düşüncə, effektiv problem həll etmə və ünsiyyət bacarıqları;
- Komanda ilə əməkdaşlıq və koordinasiya bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- servis xidməti
- Korporativ nömrə
- Karyera inkişafı
- İş qrafiki: 5 gün, 09:00-18:00
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Əməliyyatlara nəzarət mütəxəssisi
Son tarix 16 fev 2026 Müraciət et
Təsvir
- Şirkətin maliyyə əməliyyatlarını, sənədlərini və uçot qeydlərini yoxlamaq
- Daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsini icra etmək
- Yoxlama zamanı aşkar edilmiş uyğunsuzluqları və riskləri müəyyən etmək
- Aralıq və yekun hesabatları hazırlamaq
- Sənədləşdirmə və prosedurlar üzrə təkmilləşdirmə təkliflərini vermək
- Planın icrasında iştirak və audit prosedurlarını yerinə yetirmək
İş şəraiti
- İş qrafiki: 09:00-18:00, 5 günlük
- Ünvan: Məmmədli Qəsəbəsi
Tələblər
- Təhsil: Ali (Maliyyə, Biznesin idarə edilməsi və ya oxşar sahələr)
- İş təcrübəsi: Daxili nəzarət, daxili audit, əməliyyat auditi və ya risk sahəsində minimum 1 il təcrübə
- Texniki Bacarıqlar: MS Excel (pivot, analitik cədvəllər,funksiyalar) və ERP sistemləri ilə işləmə bacarığı
- Risk əsaslı yanaşma ilə işləmək bacarığı
- Analitik düşüncə və detallara diqqət
- Müstəqil qərarvermə və məsuliyyətlilik
- Etik davranış və məxfilik prinsiplərinə sadiqlik
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat
- Təlim imkanları
- Karyera yüksəlişi
- korporativ nömrə ilə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.










