OBA marketlər şəbəkəsi
PL və Tədarükçü Dəyərləndirməsi üzrə Aparıcı Mütəxəssis
Son tarix 28 sen 2025 - Müraciət et
Təsvir
- Təsdiq edilmiş plan üzrə tədarükçülərin dəyərləndirilməsini həyata keçirmək və nəticələr əsasında hesabatlar hazırlamaq;
- Fəaliyyətlə bağlı birbaşa rəhbərə mütəmadi hesabat təqdim etmək və lazım olduqda digər struktur bölmələrlə paylaşmaq;
- Şəxsi marka məhsullarına dair spesifikasiyaları tədarükçülərdən almaq, araşdırmaq və uyğunluğunu yoxlamaq;
- Şəxsi marka tədarükçüləri üçün keyfiyyət və təhlükəsizlik tələblərinin hazırlanmasında iştirak etmək;
- Tədarükçü müəssisələrin istehsal sahələrində sanitar-gigiyenik normalara riayət olunmasını yoxlamaq;
- Məhsulların istehsalı, saxlanması və qablaşdırılmasının qida təhlükəsizliyi standartlarına uyğunluğunu qiymətləndirmək;
- Şəxsi marka məhsullarına dair müştəri şikayətlərini araşdırmaq və müvafiq tədbirlər barədə hesabat hazırlamaq;
- İstehsal və idxal olunan məhsulların çəki, raf ömrü, qablaşdırma və digər keyfiyyət parametrlərinin standartlara uyğunluğunu yoxlamaq, uyğunsuzluqları sənədləşdirmək;
- Tədarükçü müəssisələrdə istehsal prosesində kritik nəzarət nöqtələrinin (CCP) izlənməsini və nəzarətini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
Tələblər
- Ali təhsil (Qida mühəndisliyi, Texnologiya, Keyfiyyətə Nəzarət, Kimya və ya müvafiq sahələr üzrə);
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (retail/FMCG və ya istehsalat sahəsində təcrübə üstünlükdür);
- Qida təhlükəsizliyi standartları üzrə biliklər (ISO 9001, ISO 22000, HACCP);
- Audit və ya yoxlama proseslərinin aparılmasında təcrübə;
- Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə yaxşı səviyyədə biliklər;
- Analitik düşüncə, diqqətlilik və hesabat hazırlama bacarığı
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
İmtiyazlar
- Yanacaq və Amortizasiya xərcləri
- Nahar təminatı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Daşınmaz əmlak mütəxəssisi
Son tarix 28 sen 2025 Müraciət et
Təsvir
- Bölgüyə uyğun ərazilər üzrə “OBA Market” MMC-nin müvafiq konsepsiyasına uyğun daşınmaz əmlak obyektlərinin tapılmaq;
- Obyektlərin sahibləri ilə kommunikasiyanın təşkili, obyektin satış və ya icarə subyekti olmasının dəqiqləşdirmək;
- Sahibkardan xərci tutulmaqla “OBA Market” MMC tərəfindən təmir-tikinti işləri aparılması, texniki şərt alınması zamanı çəkilən xərcin sonradan sahibkardan tutulması üçün müqavilə əlavəsinin yaxud aktın imzalanmasının təmin etmək;
- Bağlanış mağazaları ilə bağlı sahibkar ilə bütün danışıqların aparmaq
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra etmək
Tələblər
- Təhsil - Ali
- Müvafiq və yaxud oxşar sahədə min. 1 il iş təcrübəsi;
- Şəhər və şəhər ətrafı əraziləri yaxşı tanımalı;
- Ezamiyyə səfərlərinə hazır olmalı;
- Şəxsi avtomobilin olması üstünlük ;
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
İmtiyazlar
- Korporativ nömrə
- Yanacaq dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Sayıcı hesablayıcı
Son tarix 28 sen 2025 - Müraciət et
Təsvir
- Marketlərdə olan əsas vəsaitlərin və ticari malların terminallar vasitəsi ilə sayım işinin həyata keçirilməsi;
İş qrafiki:
- 5 gün Dəyişkən (Axşam və gecə saatları-marketlər bağlandıqdan sonra malların sayımı aparılır)
- Şənbə və Bazar günü istirahət günləri
Tələblər
- Təhsil: Orta ixtisas, Ali
- Təcrübə: 1 il (Satış sahəsində təcrübə üstünlükdür)
- Ezamiyyətlərə uyğun olmaq
- Riyazi biliklər
- Bəy Namizədlər
- Kollektivlə işləmək bacarığı, məsuliyyətli, dürüst
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
İmtiyazlar
- korporativ nömrə ilə təmin olunur
- yemək xərci
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.