OBA marketlər şəbəkəsi
Təşkilati inkişaf üzrə aparıcı mütəxəssis
Son tarix 13 sen 2025 - Müraciət et
Təsvir
- Təşkilati inkişaf və dizayn üzrə siyasət və prosedurların hazırlanmasında və yenilənməsində iştirak etmək;
- Təşkilati strukturların, vəzifələrin yaradılması və ya redizaynı zamanı strukturun təşkilati prinsip və qaydalara uyğunluğunu təmin etmək;
- Yeni struktur və ya vəzifələrin yaradılması zamanı müvafiq rəhbərlərlə görüşlər keçirmək, struktur diaqramlarını hazırlamaq və yeniləmələri sistemə daxil etmək;
- Təşkilati rolların (funksiya və vəzifələrin) təkrarlanmamasını və aydın şəkildə bölüşdürülməsini təmin etmək;
- Təşkilati dəyişikliklər zamanı funksiyaların, sub-funksiyaların və rolların qurumlar arasında keçidini izləmək və keçidin tam və ardıcıl aparılmasına nəzarət etmək;
- Əməkdaşların inkişafını dəstəkləmək və performanslarının obyektiv qiymətləndirilməsinə töhfə verən layihələrdə iştirak etmək;
- Təşkilati strukturlar üzrə hesabatlar və təqdimatlar hazırlamaq;
- Ştatların optimallaşdırılması çərçivəsində yeni ştatların yaradılması və ya mövcud ştatların ləğvi ilə bağlı təhlillər aparmaq və əsaslandırmalar hazırlamaq.
Tələblər
- Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür);
- Təşkilati inkişaf və struktur dizaynı sahəsində minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları (xüsusilə Excel və PowerPoint) ilə yaxşı səviyyədə işləmək bacarığı
- Analitik düşünmə, strukturlaşdırma və sənədləşdirmə bacarığı;
- Komanda ilə işləmək və müxtəlif struktur rəhbərləri ilə effektiv ünsiyyət qurmaq bacarığı.
- Analitik düşünmə, detallara diqqət bacarıqları
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- servis xidməti
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.
İR Layihələri və Analitika üzrə aparıcı mütəxəssis
Son tarix 13 sen 2025 - Müraciət et
Təsvir
- İnsan resursları üzrə məlumatları (işçi dövriyyəsi, iştirak, performans, əməkhaqqı, sosiodemoqrafik struktur və s.) toplamaq, təhlil etmək və vizuallaşdırmaq;
- KPI göstəricilərini (işə qəbul müddəti, təlim saatı, dövriyyə faizi, məhsuldarlıq və s.) izləmək və mütəmadi hesabatlar hazırlamaq;
- İR proseslərinin təkmilləşdirilməsi üçün data əsaslı təkliflər hazırlamaq;
- İR layihələrini (motivasiya sistemləri, rəqəmsallaşma, struktur dəyişiklikləri və s.) planlaşdırmaq, icra etmək və monitorinqini aparmaq;
- Layihələrin icrası zamanı riskləri əvvəlcədən analiz etmək və alternativ həll yolları təqdim etmək;
- Layihələr üzrə hesabatlılığı təmin etmək və nəticələri rəhbərliyə təqdim etmək;
- Struktur və proses dəyişikliklərini analitik əsaslandırmaq və təqdimatlar vasitəsilə rəhbərliyi məlumatlandırmaq
Tələblər
- Ali təhsil (İqtisadiyyat, İnsan Resursları, Biznesin idarə olunması, Statistika, Analitika, İT və ya əlaqəli sahələr üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- HR metrikləri və KPI-larla işləmək, təhlil və şərh bacarığı;
- MS Office proqramları, xüsusilə Excel-də yaxşı səviyyədə işləmək bacarığı;
- Power BI ilə işləmək bacarığı (üstünlükdür);
- Yüksək analitik düşüncə və problem həlletmə bacarığı;
- Komandada işləmək və qarşılıqlı əməkdaşlıq qurmaq bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servis ximdəti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Data mühəndisi (Aparıcı mütəxəssis)
Son tarix 13 sen 2025 Müraciət et
Təsvir
- Şöbə əməkdaşları və layihələr üzrə işləri əlaqələndirmək və tapşırıqları koordinasiya etmək;
- BI sistemləri və Data Warehouse/OLAP arxitekturasını qurmaq, idarə etmək və inkişaf etdirmək;
- ETL (Extract, Transform, Load) proseslərini icra etmək, optimallaşdırmaq və təkmilləşdirmək;
- SQL sorğularını hazırlamaq, məlumatları təhlil etmək, hesabatları yaratmaq və vizuallaşdırmaq;
- Strukturlaşdırılmış və statistik məlumatları toplamaq, təhlil etmək;
- Daxili və xarici sistemlərdən məlumat çıxarmaq, yoxlamaq və məlumat araşdırmalarında iştirak etmək;
- İstifadəçiləri BI sistemlərinə giriş hüquqları ilə təmin etmək və sistemləri mütəmadi monitorinq etmək;
- Big Data texnologiyalarını tətbiq etmək, məlumatların emalını və idarə edilməsini həyata keçirmək;
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri həyata keçirmək və rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
- BI alətləri (Power BI, Tableau və s.) ilə iş təcrübəsi
- ETL, Data Warehouse və OLAP sistemləri üzrə anlayış və bacarıqlar
- Big Data texnologiyaları ilə iş təcrübəsi və bu texnologiyalar barədə ətraflı biliklər;
- Güclü analitik düşüncə, effektiv problem həll etmə və ünsiyyət bacarıqları;
- Komanda ilə əməkdaşlıq və koordinasiya bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Təhsil Bakalavr
İmtiyazlar
- Nahar təminatı
- servis xidməti
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.