OBA marketlər şəbəkəsi
Təşkilati İnkişaf üzrə Aparıcı Mütəxəssis
Son tarix 24 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təşkilati inkişaf və dizayn üzrə siyasət və prosedurların hazırlanmasında və yenilənməsində iştirak etmək;
- Təşkilati strukturların, vəzifələrin yaradılması və ya redizaynı zamanı strukturun təşkilati prinsip və qaydalara uyğunluğunu təmin etmək;
- Yeni struktur və ya vəzifələrin yaradılması zamanı müvafiq rəhbərlərlə görüşlər keçirmək, struktur diaqramlarını hazırlamaq və yeniləmələri sistemə daxil etmək;
- Təşkilati rolların (funksiya və vəzifələrin) təkrarlanmamasını və aydın şəkildə bölüşdürülməsini təmin etmək;
- Təşkilati dəyişikliklər zamanı funksiyaların, sub-funksiyaların və rolların qurumlar arasında keçidini izləmək və keçidin tam və ardıcıl aparılmasına nəzarət etmək;
- Əməkdaşların inkişafını dəstəkləmək və performanslarının obyektiv qiymətləndirilməsinə töhfə verən layihələrdə iştirak etmək;
- Təşkilati strukturlar üzrə hesabatlar və təqdimatlar hazırlamaq;
- Ştatların optimallaşdırılması çərçivəsində yeni ştatların yaradılması və ya mövcud ştatların ləğvi ilə bağlı təhlillər aparmaq və əsaslandırmalar hazırlamaq.
Namizədə dair tələblər:
- Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür);
- Təşkilati inkişaf və struktur dizaynı sahəsində minimum 2-3 il iş təcrübəsi;
- MS Office proqramları (xüsusilə Excel və PowerPoint) ilə yaxşı səviyyədə işləmək bacarığı
- Analitik düşünmə, strukturlaşdırma və sənədləşdirmə bacarığı;
- Komanda ilə işləmək və müxtəlif struktur rəhbərləri ilə effektiv ünsiyyət qurmaq bacarığı.
- Analitik düşünmə, detallara diqqət bacarıqları
Əlavə təminatlar:
- Nahar təminatı;
- Servis xidməti;
- Korporativ nömrə və danışıq limiti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təşkilati İnkişaf üzrə Aparıcı Mütəxəssis" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Analitika bölmə müdiri
Son tarix 25 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mağaza, satış və bölgə müdirləri üzrə P&L hesabatlarının hazırlanmasına nəzarət etmək və effektivliyini artırmaq
- Mağaza performanslarını təhlil etmək, ardıcıl neqativ nəticələr göstərən mağazalar üzrə analiz və hesabatlar hazırlamaq
- Satış müdirlərindən daxil olan məlumatları təqib etmək və müvafiq qərarların icrasını izləmək
- İnvestisiya komitəsində iştirak etmək və analitik hesabatları təqdim etmək
- İllik büdcənin hazırlanmasında iştirak etmək və aidiyyəti strukturlarla əməkdaşlıq etmək
- Aylıq büdcə icrasını izləmək və kənarlaşmaları təhlil etmək
- Günlük satış hesabatlarının hazırlanmasına nəzarət etmək və aidiyyəti şəxslərə təqdim olunmasını təmin etmək
- Aylıq satış planlarının bölgüsünü həyata keçirmək
- Mağaza, şöbə və satınalma üzrə çarpaz və keyfiyyət analizlərini hazırlamaq və təqdim etmək
- Xərclərdə trendlərə əsaslanan kənarlaşmaları araşdırmaq və problemi aradan qaldırmaq üçün tədbirlər görmək
- Yeni mağazaların investisiya göstəriciləri ilə müqayisəli analizini aparmaq və ilkin proqnozlardan kənarlaşma hallarında səbəbləri müəyyənləşdirmək
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, analitika və ya uyğun sahələr üzrə);
- Təcrübə: Maliyyə analitikası, satış və büdcə planlaması sahəsində minimum 3 il təcrübə;
- MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı səviyyədə işləmək bacarığı
- Beynəlxalq maliyyə sertifikatlarının olması və ya davam etdirilməsi (üstünlükdür);
- Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı (üstünlükdür);
- Güclü analitik düşüncə və dəqiqlik;
- Komanda ilə işləmək və struktur daxilində effektiv kommunikasiya
Əlavə təminatlar:
- Nahar təminatı;
- Servis xidməti;
- Korporativ nömrə və danışıq limiti
- İş qrafiki: İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Analitika bölmə müdiri" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Maliyyə üzrə analitik
Son tarix 24 avq 2025 - - [email protected]
Təsvir
- İllik satış və məcmu mənfəət büdcəsinin hazırlanmasında aidiyyəti struktur əməkdaşları ilə effektiv əməkdaşlıq etmək.
- Aylıq satış hədəfləri və nəticələri üzrə analiz və hesabatları hazırlamaq;
- Kategoriya və SKU səviyyəsində trendsal və LFL analizlərini həyata keçirmək;
- İdxal və "Private Label" məhsulları üzrə təhlillər aparmaq və aidiyyəti şəxslərlə paylaşmaq;
- Tədarükçülər üzrə satış və mənfəət analizlərini və müqayisə(LFL) hesabatlarını hazırlamaq;
- Tədarükçülər üzrə satış, mənfəət və bonus məhsul analizlərini aparmaq;
- Dövrüyyə kapitalı analizini aylıq hazırlamaq;
- Dövriyyə kapitalı və stok effektivliyi üzrə (ABC və s.) hesabatlar hazırlamaq;
- Passiv məhsulları müəyyənləşdirib satış trendlərinə dair təqdimatlar hazırlamaq.
Tələblər
- Təhsil: Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisaslaşmaları üzrə);
- Təcrübə: Maliyyə analizi və ya satış təhlili sahəsində minimum 1 il iş təcrübəsi;
- Sertifikat: Lisenziya: ACCA (FA) və ya ekvivalent ola biləcək digər beynəlxalq sertifikatlar üstünlükdür
- MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Analitik düşüncə, dəqiqlik və hesabatların vizual şəkildə təqdimetmə bacarığı;
- Komandada işləmək və struktur rəhbərləri ilə effektiv əməkdaşlıq bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servis ximdəti
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Data mühəndisi (Aparıcı mütəxəssis)
Son tarix 22 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbə əməkdaşları və layihələr üzrə işləri əlaqələndirmək və tapşırıqları koordinasiya etmək;
- BI sistemləri və Data Warehouse/OLAP arxitekturasını qurmaq, idarə etmək və inkişaf etdirmək;
- ETL (Extract, Transform, Load) proseslərini icra etmək, optimallaşdırmaq və təkmilləşdirmək;
- SQL sorğularını hazırlamaq, məlumatları təhlil etmək, hesabatları yaratmaq və vizuallaşdırmaq;
- Strukturlaşdırılmış və statistik məlumatları toplamaq, təhlil etmək;
- Daxili və xarici sistemlərdən məlumat çıxarmaq, yoxlamaq və məlumat araşdırmalarında iştirak etmək;
- İstifadəçiləri BI sistemlərinə giriş hüquqları ilə təmin etmək və sistemləri mütəmadi monitorinq etmək;
- Big Data texnologiyalarını tətbiq etmək, məlumatların emalını və idarə edilməsini həyata keçirmək;
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri həyata keçirmək və rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- BI alətləri (Power BI, Tableau və s.) ilə iş təcrübəsi
- ETL, Data Warehouse və OLAP sistemləri üzrə anlayış və bacarıqlar
- Big Data texnologiyaları ilə iş təcrübəsi və bu texnologiyalar barədə ətraflı biliklər;
- Güclü analitik düşüncə, effektiv problem həll etmə və ünsiyyət bacarıqları;
- Komanda ilə əməkdaşlıq və koordinasiya bacarığı.
Əlavə təminatlar:
- Gündəlik nahar təminatı
- Korporativ nömrə və danışıq limiti
- Servis xidməti (nəqliyyat təminatı)
- Peşəkar təlim və inkişaf imkanlar
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Data mühəndisi (Aparıcı mütəxəssis)" yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mobil proqramçı
Son tarix 22 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mobil tətbiqlər üçün yeni funksiyaları hazırlamaq və tətbiq etmək;
- Mövcud mobil tətbiqlərin performansını qorumaq və təkmilləşdirmək;
- React Native framework-ü ilə təmiz, effektiv və standartlara uyğun kod yazmaq;
- Dayanıqlı və genişləndirilə bilən tətbiqlər yaratmaq üçün TypeScript-dən istifadə etmək;
- Müasir, adaptiv və istifadəçiyə dost dizaynlar üçün Tailwind CSS tətbiq etmək;
- Mobil inkişaf sahəsindəki ən son texnologiya və trendləri mütəmadi izləmək və tətbiq etmək.
Namizədə dair tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
- React Native və TypeScript ilə işləmə bacarığı;
- Tailwind CSS və müasir dizayn prinsipləri barədə bilik;
- Güclü analitik düşüncə və problemləri həll etmə qabiliyyəti;
- Effektiv ünsiyyət və komanda ilə işləmə bacarıqları.
Əlavə təminatlar:
- Gündəlik nahar təminatı
- Korporativ nömrə və danışıq limiti
- Servis xidməti (nəqliyyat təminatı)
- Peşəkar təlim və inkişaf imkanlar
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mobil proqramçı" yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Hesablaşmalar üzrə Mühasib (inkassa-kassa əməliyyatları)
Son tarix 22 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Kassa əməliyyatlarını gündəlik olaraq yoxlamaq və nəzarətdə saxlamaq
- Əməkhaqqı əvəzləşmələrini (kassa, seyf, inkassa üzrə artıq və əskik məbləğlərin) düzgün şəkildə icra etmək
- Satış əməliyyatlarının sistemə inteqrasiyasına nəzarət etmək və uyğunluğunu təsdiq etmək
- Nağd və nağdsız əməliyyatlar üzrə nəzarət mexanizmlərini tətbiq etmək və mütəmadi olaraq yoxlama aparmaq
- Ayın bağlanışı zamanı kassa və inkassa əməliyyatlarını yoxlamaq, mövcud fərqləri müəyyən edib müvafiq hesabatları tərtib etmək
Namizədə dair tələblər:
- Təhsil: Ali (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Excel proqramında orta səviyyədə işləmək bacarığı;
- Logo Tiger proqram təminatı ilə işləmək bacarığı (üstünlükdür)
- Komanda ilə işləmək və problemi operativ şəkildə həll etmək bacarığı
Əlavə təminatlar:
- Gündəlik nahar təminatı
- Korporativ nömrə və danışıq limiti
- Servis xidməti (nəqliyyat təminatı)
- Peşəkar təlim və inkişaf imkanlar
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Hesablaşmalar üzrə Mühasib (inkassa-kassa əməliyyatları)" yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.