OBA marketlər şəbəkəsi
Mobil proqramçı
Son tarix 11 iyl 2025 - Müraciət et
Təsvir
- Mobil tətbiqlər üçün yeni funksiyaları hazırlamaq və tətbiq etmək;
- Mövcud mobil tətbiqlərin performansını qorumaq və təkmilləşdirmək;
- React Native framework-ü ilə təmiz, effektiv və standartlara uyğun kod yazmaq;
- Dayanıqlı və genişləndirilə bilən tətbiqlər yaratmaq üçün TypeScript-dən istifadə etmək;
- Müasir, adaptiv və istifadəçiyə dost dizaynlar üçün Tailwind CSS tətbiq etmək;
- Mobil inkişaf sahəsindəki ən son texnologiya və trendləri mütəmadi izləmək və tətbiq etmək.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahədə minimum 2-4 il iş təcrübəsi;
- React Native və TypeScript ilə işləmə bacarığı;
- Tailwind CSS və müasir dizayn prinsipləri barədə bilik;
- Güclü analitik düşüncə və problemləri həll etmə qabiliyyəti;
- Effektiv ünsiyyət və komanda ilə işləmə bacarıqları.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servis ximdəti
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Makro plan üzrə Mütəxəssis
Son tarix 11 iyl 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Tələb edilən makroplanların düzgün şəkildə tərtib edilməsini təmin etmək
- Açılışı olan mağazalarda makroplanoqramları təmin etmək
- Məhsul kateqoriyaları arasında kompleks yer dəyişimlərini təmin etmək, müştəri tələbinə əsaslanaraq makroplanoqram və mağaza planını təşkil etmək
- Rəqiblərin analizini apararaq makroplanoqramların sərgilənməsi üzrə inkişaf strategiyalarını tərtib etmək
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali ;
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 1 il;
- Kompüter bilikləri: MS Office (Word, Excel- Yaxşı səviyyədə);
- Detallara diqqət, Nəticəyönümlülük və təşəbbüskarlıq səriştələri
Əlavə təminatlar:
- Nahar;
- Servis xidməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət Et düyməsində qeyd olunan mail-ə mövzu (subject) hissəsinə “Makro plan üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Data mühəndisi (Aparıcı mütəxəssis)
Son tarix 11 iyl 2025 Müraciət et
Təsvir
- Şöbə əməkdaşları və layihələr üzrə işləri əlaqələndirmək və tapşırıqları koordinasiya etmək;
- BI sistemləri və Data Warehouse/OLAP arxitekturasını qurmaq, idarə etmək və inkişaf etdirmək;
- ETL (Extract, Transform, Load) proseslərini icra etmək, optimallaşdırmaq və təkmilləşdirmək;
- SQL sorğularını hazırlamaq, məlumatları təhlil etmək, hesabatları yaratmaq və vizuallaşdırmaq;
- Strukturlaşdırılmış və statistik məlumatları toplamaq, təhlil etmək;
- Daxili və xarici sistemlərdən məlumat çıxarmaq, yoxlamaq və məlumat araşdırmalarında iştirak etmək;
- İstifadəçiləri BI sistemlərinə giriş hüquqları ilə təmin etmək və sistemləri mütəmadi monitorinq etmək;
- Big Data texnologiyalarını tətbiq etmək, məlumatların emalını və idarə edilməsini həyata keçirmək;
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri həyata keçirmək və rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- BI alətləri (Power BI, Tableau və s.) ilə iş təcrübəsi
- ETL, Data Warehouse və OLAP sistemləri üzrə anlayış və bacarıqlar
- Big Data texnologiyaları ilə iş təcrübəsi və bu texnologiyalar barədə ətraflı biliklər;
- Güclü analitik düşüncə, effektiv problem həll etmə və ünsiyyət bacarıqları;
- Komanda ilə əməkdaşlıq və koordinasiya bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil- Bakalavr
İmtiyazlar
- Nahar təminatı
- servis xidməti
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
İT biznes analitik
Son tarix 11 iyl 2025 Müraciət et
Təsvir
- Məhsul analizlərini həyata keçirmək, tətbiqlərin biznes proseslərini sənədləşdirmək və təkmilləşdirmək üçün təkliflər hazırlamaq;
- Yeni ideyaları tətbiqlər və biznes üçün təklif etmək, texniki komandaların anlayacağı standart sənədlərə çevirmək;
- Tapşırıqları prioritetləşdirmək, icra planlarını hazırlamaq və inkişaf proseslərini idarə etmək;
- Komanda üzvləri və orta, yüksək səviyyəli rəhbərlik ilə koordinasiya yaratmaq və effektiv əlaqəni təmin etmək;
- Komanda üzvlərinin tapşırıqlarını izləmək və onların düzgün icrasına nəzarət etmək;
- Mövcud trendləri və şirkətin strateji planlarını nəzərə alaraq hesabat və sənədlər hazırlamaq.
Tələblər
- Ali təhsil (İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
- RUP və ya UML metodologiyalarından ən az biri ilə tanışlıq;
- Sənədləşdirmə təcrübəsi, Scrum və Use-Case konsepsiyalarına yaxşı bələd olmaq;
- Slack və digər beynəlxalq İT vasitələri ilə işləmə bacarığı;
- Analitik düşüncə və problemləri effektiv şəkildə həll etmək bacarığı;
- Yaradıcı yanaşma, çevik iş prinsipi və detallara yüksək diqqət.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servis ximdəti
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.