OBA marketlər şəbəkəsi
Memar
Son tarix 19 iyn 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təchizatçılar və anbar tərəfindən smeta üzrə göndərilən materialları yoxlamaq və qəbul etmək
- Tikintidə istifadə olunan tikinti materiallarına və görülən işlərə nəzarət etmək
- Tikinti norma və qaydalarına əməl etmək
- Mağazaların ziyarəti zamanı eskizləri çəkmək
- Eskizə uyğun layihəri işləmək və ona uyğun smeta tərtib etmək
- Layihə komandası ilə sıx əməkdaşlıq etmək və lazımi hesabatları təqdim etmək
Namizədə dair tələblər:
- Təhsil: Ali
- Təcrübə: Müvafiq sahədə minimum 1 il
- AutoCAD, Revit, və ya digər mühəndislik dizayn proqramlarında təcrübə.
- Tikinti ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumatlı olmaq
- Materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı
- Komanda ilə işləmək bacarığı
- Avtomobil olması üstünlükdür
Əlavə təminatlar:
- Nahar ödənişi
- Korporativ nömrə
- Nəqliyyat və Amortizasiya xərci qarşılanır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Memar" yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Data üzrə aparıcı mütəxəssis
Son tarix 19 iyn 2025 - [email protected]
Təsvir
- Şöbə işçiləri və layihələr üzrə işləri əlaqələndirmək, tapşırıqları koordinasiya etmək
- BI sistemlərini və Data Warehouse/OLAP arxitekturasını qurmaq və idarə etmək
- ETL (Extract, Transform, Load) proseslərini icra etmək və təkmilləşdirmək
- SQL sorğularını və hesabatları hazırlamaq, məlumatları təhlil etmək və vizuallaşdırmaq
- Statistik və strukturlaşdırılmış məlumatları toplamaq və analiz etmək
- Daxili və xarici sistemlərdən məlumat çıxarmaq, yoxlamaq və araşdırmalarda iştirak etmək
- İstifadəçiləri BI sistemlərinə giriş hüquqları ilə təmin etmək və sistemləri monitorinq etmək
- Big Data texnologiyalarını tətbiq etmək, məlumatları emal etmək və idarə etmək
- İnformasiya təhlükəsizliyini təmin etmək və rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək
Tələblər
- Ali təhsil (İT, Kompüter elmləri və ya əlaqəli sahə)
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
- BI alətləri (Power BI, Tableau və s.) ilə iş təcrübəsi
- ETL, Data Warehouse və OLAP sistemləri üzrə anlayış və bacarıqlar
- Məlumatların təhlili və vizuallaşdırılması bacarığı
- Big Data texnologiyaları ilə işləmə təcrübəsi
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servislə təmin olunur
- korporativ nömrə ilə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Əmək haqqı üzrə kiçik mütəxəssis
Son tarix 19 iyn 2025 - [email protected]
Təsvir
- Şirkət əməkdaşlarının aylıq əməkhaqlarının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablanmasını təmin etmək və ödəniş üçün aidiyyəti struktur bölməyə yönləndirmək;
- Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və ona uyğun aylıq iş vaxtının uçotu tabellərini tərtib etmək;
- Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişlərin hesablanmasını həyata keçirmək və vaxtında ödənilməsini təmin etmək.
- Əməkhaqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq.
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək.
- Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək
Tələblər
- Ali Təhsil
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Microsoft Office proqramları (xüsusilə Excel) ilə yaxşı səviyyədə işləmək bacarığı
- Diqqətcil, məsuliyyətli və məxfi məlumatlarla işləmək bacarığı
- Komandada işləmək və insanlarla ünsiyyət qurmaq bacarığı
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.