OBA marketlər şəbəkəsi
Sorğuların emalı üzrə mütəxəssis
Son tarix 30 avq 2024 - [email protected]
Vəzifə öhdəlikləri
- Mağazada yaranmış cari təmir sorğularının emalı və aidiyyati əməkdaşlara yönləndirilməsi;
- Sorğuların icrasına nəzarət olması;
- Mağazalarda olan nasaz vəsaitlərin yenisi ilə əvəz olunması üçün lazımi sifarişlərin yazılması;
- Görülən işlərlə bağlı günlük hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən göstərilən digər tapşırıqların icrası;
Namizədə dair tələblər
- Təhsil səviyyəsi: Ali təhsil;
- İş təcrübəsi: min. 2 il ;
- Kompüter bilikləri: MS Office (Excel-sərbəst);
- Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:
- İntizamlılıq,
- Analtik zəka,
- Stressə qarşı davamlılıq
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş haqqında məlumat
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş saatları: Həftə içi 09.00-18.00
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sorğuların emalı üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Operativ Nəzarət üzrə Mütəxəssis (Salyan; Astara; Füzuli)
Son tarix 30 avq 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Plan üzrə bölünmüş ərazilərdə yerləşən mağazaları mütamadi olaraq operativ yoxlamaq
- Mağaza əməkdaşı tərəfindən törədilən hər hansı neqativ halları aşkar edərək, birbaşa rəhbərinin təlimatı üzrə tədbir görmək
- Müşahidə kamerası vasitəsi ilə filialda baş verən bütün prosesləri izləmək (İnkassasiya və kassa əməliyyatları , mal qəbulu, transfer və digər icra olunmalı tədbirlər.)
- Təhkim olunmuş ərazi üzrə mağazalarda “Check list” aparmaq
- Mağazada operativ yoxlama apararkən hər hansı bir neqativ hal aşkar edildiyində məsul şəxs və ya şəxslərin izahatının alınması
- Mağazalarda seyf və pos kassaların inventarizasiyasını həyata keçirmək.
- Ehtiyac olduğu təqdirdə obyektlərin təlimata və tələblərə uyğun mühafizəsinin təmin olunması üçün ehtiyaclarını müəyyən etmək və nöqsanların aradan qaldırılması istiqamətində aidiyyatı struktura məlumat vermək.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə təhsil üstünlükdür.)
- Daxili audit, monitorinq ,risk, daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir;
- İş təcrübəsi: Minimum 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (Word, Excel yaxşı səviyyədə);
- Dil bilikləri: Azərbaycan dili: əla; Rus dili üstünlükdür
- Şəxsi maşını olmalı ( B kateqoriyalı sürücülük vəsiqəsi)
- Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Operativ Nəzarət üzrə Mütəxəssis (Salyan; Astara; Füzuli) " yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.