OBA marketlər şəbəkəsi
İnsan Resursları üzrə Biznes Tərəfdaş
Son tarix 06 iyl 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- İşə qəbul prossesinin həyata keçirilməsinə -namizədlərin axtarılması,görüşlərin keçirilməsin və təyinatlarının verilməsi proseslərinə nəzarət etmək;
- İşə qəbul üçün müraciət edən namizədlərin anketlərini analiz etmək;
- İşə qəbul edilən əməkdaşlarn sənədlərinin yoxlanması və sənədləşmə prosesi üçün müvafiq struktura yönlətmək;
- Transferləri həyata keçirmək,işçi saylarının ştat cədvəlinə nəzərdə tutulmuş saydan artıq olmamasına nəzarət etmək;
- Daxil olan müraciətləri təhlil etmək,səriştəsi,təcrübəsi,bilikləri tələb edilən işçinin lazımı xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində)
- Təcrübə: müvafiq sahə üzrə min. 1 il (Retail sahəsində təcrübəsi olan şəxslərə üstünlük veriləcək)
- Kompüter bilikləri: MS Office -yaxşı səviyyədə;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
- İşə qəbul müsahibələrinin aparılması bacarığı
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə biznes tərəfdaş " yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
SƏTƏM üzrə mütəxəssis (Salyan)
Son tarix 06 iyl 2024 - [email protected]
Vəzifə Öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək.
- Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək;
- Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarının, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək;
- İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;
- Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşdirmənin düzgün aparılmasına nəzarət etmək;
- İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək.İş yerlərində risk analizi aparmaq, risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
- Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;
- Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali
- İş təcrübəsi: müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Müvafiq qanunvericilik aktları və normalarını üzrə biliklər;
- Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır;
- Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqlarıMəsuliyyətli, çevik, stressə dözümlülük səriştələri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “SƏTƏM üzrə mütəxəssis (Salyan)" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mühasib (Hesablaşmalar üzrə)
Son tarix 06 iyl 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Üzləşmədən öncə carilərin sistem məlumatının qəbulu və yoxlanılması;
- Carilərə “iadə çeşidləri” və “qiymət fərqi” raporlarının təqdim edilməsi;
- Yalnışların araşdırılması və müvafiq şöbələrdən təsdiq alındıqdan sonra düzəlişlərin icra edilməsi;
- Üzləşmə əməliyyatlarının nəticəsi olaraq üzləşmə aktının hazırılanması;
- Günlük mağazalar üzrə seyf və inkassa işləmlərinə nəzarət edilməsi, ehtiyyac yarandıqda düzəlişlərin olunması;
- Kassa və seyf kəsirlərinə görə müvafiq şöbə müdirinin təsdiqi ilə əvəzləşmə əməliyyatının icrası;
- Sistem üzrə inventarizasiyanın təsdiq edilməsi;
- Yeni carilərin və mağaza büro kassalarının sistem üzrə aktiv edilməsi;
- “Qaynar Xətt”ə daxil olan sorğuların cavablandırılması;
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali (Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü)
- İş təcrübəsi: müvafiq sahədə minimum 1-2 il;
- Kompüter bilikləri: MS Office (Word, excel-Yaxşı səviyyədə);
- Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:
- Stressə davamlılıq
- Analtik düşüncə
- Nəticəyönümlülük
- Dəqiqlik
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib (Hesablaşmalar üzrə)" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.