OBA marketlər şəbəkəsi
Anbar uçotu üzrə mütəxəssis
Son tarix 09 fev 2024 cv@oba.az
Öhdəliklər:
- Anbar alışlarının sistemə daxil edilməsi
- Anbara çıxış və girişlərinin sistemdə işlənilməsi
- Günlük hesabatların hazırlanması
- Satın alınan avadanlıqların və materialların uçotunun aparılması
- Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması və neqativ stokun aradan qaldırılmasını icra etmək
Tələblər:
- Təhsil səviyyəsi: Ali;
- İş təcrübəsi: min.1 il;
- Kompüter bilikləri: MS Office-Yaxşı səviyyədə;
- İş yeri Zabratda yerləşir
Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:
- Dəqiqlik;
- Nəticəyönümlülük;
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Anbar uçotu üzrə mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İdxal mütəxəssisi
Son tarix 09 fev 2024 cv@oba.az
Vəzifə öhdəlikləri:
- Xarici tədarükçülər ilə danışıqların aparılması, müqavilələrin bağlanılması, sifarişlərin hazırlanması və tədarükçülərə göndərilməsini təmin etmək;
- Mövcud proqram təminatına sifarişləri daxil etmək;
- Qiymət dəyişiminin icra edilməsini nəzarətdə saxlamaq;
- Sifariş planlama, “stockout” hesabatını hazırlamaq;
- Nümunələrin çatdırılmasına nəzarət etmək;
- Ödəniş planını hazırlamaq və ödənişlərin icrasını təqib etmək;
- Yükləmə planı barədə müvafiq struktur bölməyə məlumat vermək və yükləmələri nəzarətdə saxlamaq;
- Xarici tədarükçülərə aid müvafiq sənədləşmələrin icrasını təmin etmək;
- Məhsulların depoya qəbul olunması və mağazalara göndərilməsini təqib etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarıqları (Powerpoint, Word və Excel yaxşı səviyyədə)
- Dil bilikləri (Rus dili əla, İngilis dili orta səviyyədə üstünlükdür)
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı
- Problem həll etmə, operativ və düzgün qərar vermək bacarığı;
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İdxal mütəxəssisi" yazaraq göndərmələri xahiş olunur.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.