OBA marketlər şəbəkəsi
Təşkilati inkişaf və dizayn üzrə aparıcı mütəxəssis
Son tarix 17 dek 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təşkilatı inkişaf və dizayn üzrə siyasət və prosedurun hazırlanmasında və yenilənməsində iştirak etmək;
- Təşkilatı strukturların, vəzifələrin yaradılması və redizayn edilməsi zamanı təşkilatı prinsip və qaydalara uyğunluğunu yoxlamaq;
- Təşkilatı strukturlarda təşkilatı rolların təkrarlanmamasına və rolların aydın olmasına nəzarət etmək;
- Təşkilatı dəyişikliklər zamanı aktuallığını qoruyan fəaliyyət, rol (vəzifə), sub-funksiya və funksiyaların təşkilatı qurumlar arası keçidlərini izləmək, keçidin tamlığını təmin etmək;
- Vəzifə təlimatları bazasını yaratmaq və bütün vəzifələr üzrə təlimatların mövcudluğunu təmin etmək;
- İş ailələri və təşkilati rollar üzrə səriştə pasportlarını hazırlamaq və təşkilatı dəyişikliklərə uyğun yeniləmək;
- Karyera yolu, karyera cığırı, karyera səviyyələri və rəhbərin nəzarət diapazonu göstəricisi üzrə müvafiq hesabatlılığı aparmaq.
Namizədə dair tələblər:
- Ali təhsil;
- İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarıqları (Powerpoint, Word və Excel yaxşı səviyyədə)
- Visio proqramında yaxşı səviyyədə işləmək bacarığı
- Dil bilikləri (İngilis dili yaxşı səviyyədə üstünlükdür)
- Analitik düşüncə, yüksək ünsiyyət, problem həlletmə və qərar vermə bacarıqları
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:30 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təşkilati inkişaf və dizayn üzrə aparıcı mütəxəssis" yazaraq göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Maliyyə analitiki
Son tarix 17 dek 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Aylıq hədəflərin satış , məcmu mənfəət göstəricilərini analiz etmək və hesabatlarını hazırlamaq;
- Kateqoriya, alt kateqoriya üzrə trendsal, illik, aylıq, həftəlik müqayisələri və LFL analizlərini hazırlamaq;
- İdxal və PL məhsullarının analiz etmək və adiyyati şəxslərə təqdim etmək ;
- Tədarükçülər üzrə satış və mənfəət analizlərini və müqayisə( LFL) hesabatlarını hazırlamaq
- Dövrüyyə kapitalı analizini aylıq hazırlamaq
- SKU üzrə satış, mənfəət və stokları analiz ( ABC və digər ) etmək və hesabatlarını hazırlamaq;
- Satış və mənfəətlə bağlı trend analizlərini hazırlamaq və artma-azalma səbəblərini araşdırmaq;
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadi yönümlü);
- İş təcrübəsi: Maliyyə analtikası sahəsində ən az 1 il;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
- Power BI bilikləri üstünlükdür;
- Operativlik, dəqiqlik, nəticə yönümlülük;
- Problemi həll etmə, analitik düşünmə, təqdimat və komanda ilə işləmə bacarığı
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Maliyyə Analitiki yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.