OBA marketlər şəbəkəsi
Uçot əməliyyatları üzrə mühasib (Gəncə)
Son tarix 01 avq 2025 Müraciət et
Təsvir
- Tədarükçülərdən mal alışı və geri qaytarma sənədlərini aidiyyatı strukturdan tələb edərək uçot qaydalarına əsasən yoxlayıb təsdiq etmək
- Əməliyyatlar zamanı cari hesab, məhsul növü, miqdarı və vahidin qiyməti ilə bağlı problem olduğu təqdirdə vaxtında aidiyyatı struktura müraciət keçmək
- Anbarlararası daxili yerdəyişmə sənədlərini, silinmə aktlarını aiddiyyatı strukturdan tələb edərək uçot qaydalarına əsasən yoxlayıb təsdiq etmək
- Kassa əməliyyatları üzrə sənədlərin aidiyyatı strukturdan tələbi və təsdiqini təmin etmək
- Marketlər üzrə kassa kəsrləri ilə bağlı sorğulara əsasən sənəd təminini həyata keçirmək
- Hesablaşma və İnventarizasiya strukturları tərəfindən keçirilən sorğulara operativ şəkildə geri dönüş etmək
İş qrafiki:
- Həftə içi 5 gün
- 09:00-18:00
Tələblər
- Təhsil: Ali (Mühasibatlıq,Maliyyə,Biznesin idarəedilməsi üzrə)
- Təcrübə: Mühasibatlıq sahəsində minimum 6 ay
- Kompüter bilikləri: MS Excel -Orta səviyyədə
- ACCA üzrə sertifikatlar üstünlükdür
- Analitik düşüncə və problem həlli
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Anbar uçotu üzrə kiçik mütəxəssis (Mingəçevir)
Son tarix 30 iyl 2025 Müraciət et
Təsvir
- Depo əməkdaşlarının məzuniyyət və icazələrini sistemə daxil etmək
- Vəsaitlərin kodlarını sistemsal şəkildə açmaq
- Mağazalar və ofisdən qayıdan vəsaitləri araşdırmaq və depo stokuna transfer etmək
- Təmirə ehtiyacı olan və yararsız vəsaitlərə rəy alınmasını təmin etmək
- Depoya gələn əsas vəsait ,rəf və İT vəsaitlərinin qaimələrinin sistemə işlənməsini təmin etmək
Tələblər
- Təhsil: Ali
- Təcrübə: Minimum 6 ay
- Anbar və vəsaitlərin uçotu sahəsində iş təcrübəsi üstünlükdür
- MS Excel - Orta səviyyədə
- Logo Tiger ilə işləmək bacarığı (üstünlükdür)
- Diqqətli və məsuliyyətli olmaq, detallara önəm vermək
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təhsil Bakalavr
İmtiyazlar
- Nahar təminatı
- korporativ nömrə ilə təmin olunur
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.
Maliyyə nəzarəti üzrə böyük mütəxəssis
Son tarix 30 iyl 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətin xərcləri və əməliyyat gəlirlərini faktiki göstəricilər əsasında analiz etmək, plan və hədəflərlə müqayisə edərək kənarlaşmaları müəyyənləşdirmək və səbəblərini təhlil etmək
- Xərclərin təyinatına uyğunluğunu yoxlamaq, təxirəsalına biləcək və ya təkrarlanan xərcləri müəyyənləşdirmək, onların strategiyaya təsirini qiymətləndirmək
- Maliyyə əməliyyatlarında nəzarət nöqtələri müəyyən edərək daxili nəzarət sistemlərinin qurulması və tətbiqinə dəstək vermək
- Maliyyə pozuntularını, proses gecikmələrini və uyğunsuzluqları erkən mərhələdə aşkar etmək üçün monitorinq sistemlərini tətbiq etmək
- Aylıq, rüblük və illik hesabatlar hazırlamaq, göstəriciləri vizual (qrafik/cədvəl) formada təqdim edərək rəhbərliyi məlumatlandırmaq
- SAP, ERP və digər maliyyə sistemlərindən alınan məlumatların düzgünlüyünü yoxlamaq, məlumat keyfiyyətini artırmaq üçün avtomatlaşdırma imkanlarını təhlil etmək
- Ödəniş axınları, əməliyyat dövriyyəsi və hesabat proseslərini optimallaşdırmaq üçün inkişaf yönümlü təkliflər irəli sürmək
- Potensial maliyyə risklərini (kənarlaşmalar, əlavə xərclər, ləngimələr və s.) müəyyən etmək və onların qarşısını almaq üçün nəzarət planları hazırlamaq
- Audit və digər nəzarət orqanları ilə əməkdaşlıq çərçivəsində məlumatların vaxtında və şəffaf təqdim edilməsinə nəzarət etmək
- Digər şöbələrlə koordinasiyalı işləyərək məlumatların düzgünlüyünü təmin etmək və qarşılıqlı hesabat axınlarını sistemləşdirmək
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat sahəsində)
- Maliyyə nəzarəti və ya audit sahəsində ən azı 4-5 il iş təcrübəsi
- ACCA, CIMA, CPA kimi beynəlxalq maliyyə sertifikatlarının olması və ya davam etdirilməsi (üstünlükdür)
- Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı üstünlükdür.
- Microsoft Excel-də yüksək səviyyəli işləmək bacarığı (məlumatların təhlili, hesabatların hazırlanması və s.);
- ERP və ya mühasibatlıq proqramları ilə işləmə bacarığı
- Güclü analitik düşüncə və dəqiqlik
- Komanda ilə işləmək və struktur daxilində effektiv kommunikasiya
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Maliyyə nəzarəti üzrə böyük mütəxəssis" yazaraq Müraciət Et düyməsindəki mail adresinə göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İnşaat mühəndisi (Gəncə)
Son tarix 01 avq 2025 - Müraciət et
Təsvir
- Təchizatçılar və anbar tərəfindən smeta üzrə göndərilən materialları yoxlamaq və qəbul etmək
- Yoxlama zamanı uyğunsuzluqları aşkar etmək və müvafiq düzəlişlər etmək
- Mağazalarda təmirdən öncə formalaşan bütün söküntü materiallarının tikinti anbarına qaytarılmasını təmin etmək
- Smeta üzrə istifadə olunmamış və istifadəyə yararlı qalıq materialları akt əsasında müvafiq şəxslərə təhvil vermək
- Təmir-tikinti işləri bitməzdən 2 iş günü öncə Təmir-tikintiyə nəzarət üzrə baş mühəndisə bu barədə məlumat vermək
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Bazar istirahət günü.
- İş yeri Gəncə şəhəri- yaxın regionlara ezam olunacaq
Tələblər:
- Təhsil: Ali (İnşaat Mühəndisliyi arzuolunandır)
- Təcrübə: Müvafiq sahədə minimum 1 il (Smeta ilə iş təcrübəsi)
- Tikinti ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumatlı olmaq
- Materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı
- Komanda ilə işləmək bacarığı
- Avtomobil (Mütləq)
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Əmək haqqı 900 - 1000 AZN
İmtiyazlar:
- Nahar ödənişi
- Nəqliyyat xərcləri
- Amortizasiya xərci
- Korporativ nömrə ilə təmin olunur
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.