OBA marketlər şəbəkəsi
Nəqliyyat mütəxəssisi
Son tarix 17 fev 2025 - [email protected]
İş yeri: Bakı şəh.,Məhəmmədi qəsəbəsi
Vəzifə öhdəlikləri:
- Gündəlik, həftəlik və aylıq olaraq yanacaq sərfiyyatını hazırlamaq, sərfiyyatın azaldılması üçün təkliflər irəli sürmək;
- Təmir sahəsində aylıq olaraq material dövriyyəsinə nəzarət etmək və hesabatlar hazırlamaq;
- İnformasiya, məhsul və ya texnologiyaya əsaslanan biznes məsələləri və həllərinin inkişaf etdirilməsi üçün logistik prosesləri analiz etmək;
- Daxili müştərilər ilə əməkdaşlıq etmək, ümumi biznes fəaliyyətinin inkişafını sürətləndirmək üçün cross-funksional təşəbbüsləri aktiv şəkildə idarə etmək və dəstəkləmək;
- Məlumatların idarə edilməsi, məlumatların modelləşdirilməsi, məlumatların təhlili, xərc / fayda təhlili və ya problemlərin təhlili ilə məlumatların idarə edilməsini təmin etmək;
- Xərc smetalarının, proqnozların və xərc modellərinin hazırlanması və saxlanılmasını təmin etmək;
- Xərclərin idarə edilməsini təmin etmək üçün siyasət və prosedurların inkişafına dəstək olmaq.
Namizədə dair tələblər
- Analitik düşünmə bacarığı;
- Təhsil səviyyəsi:Ali (Müvafiq sahə üzrə təhsil arzuolunandır)
- İş təcrübəsi: Müvafiq sahədə minimum 6 ay
- MS Office proqramları biliyi (MS Excel-əla səviyyədə) ;
- Hesabatvermə və təqdimetmə bacarığı ;
- Nəqliyyat idarəetmə sistemləri ilə iş təcrübəsi arzuolunandır.
Əmək haqqı: 800 Azn
İş qrafiki: 6 günlük (şənbə günü qısadılmış iş rejimi)
Təminatlar:
- Servis xidməti;
- Nahar
- Korporativ nömrə
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Nəqliyyat mütəxəssisi” yazmaqla CV göndərərək müraciət edilir.
Dispetçer
Son tarix 17 fev 2025 - [email protected]
İş yeri: Bakı şəh.,Məhəmmədi qəsəbəsi
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
- Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
- Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
- Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
- Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
- Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
- Optimal marşrut xətlərinin hazırlanması.
Tələblər:
- Microsoft Office proqramlarını (xüsusilə Microsoft Excel) bilməli;
- Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli.
- Avtomaşınların texniki xarakteristikasını bilməli;
- Texnikanın istismarı normativini bilməli.
Əmək haqqı: 1000 AZN
İş qrafiki: 6 günlük (şənbə günü qısadılmış iş rejimi)
Təminatlar:
- Servis xidməti
- Nahar
- Korporativ nömrə.
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Dispetçer” yazıb CV göndərməklə müraciət edilir.