OBA marketlər şəbəkəsi
Ticari Marketinq Şöbə müdiri
Son tarix 04 dek 2025 - Müraciət et
Təsvir
- Həftəlik və günlük satış hesabatlarını analiz etmək və nəticələri rəhbərliyə təqdim etmək;
- İllik marketinq büdcəsini hazırlamaq və təsdiq üçün təqdim etmək;
- Satış göstəricilərini izləmək, müəyyən edilmiş hədəflərə çatmaq üçün əlavə kampaniya və təşviqedici təkliflər hazırlamaq;
- Sezon, təqvim və satış dinamikasına uyğun olaraq endirim, loyallıq və promokampaniyaların planlaşdırılmasını təmin etmək;
- Kampaniyaların effektivliyini qiymətləndirmək, nəticələrə əsasən növbəti kampaniyalar üçün təkmilləşdirmə planları hazırlamaq;
- Bazar araşdırma qrupunun fəaliyyətinə nəzarət etmək və rəqabət analizlərinin mütəmadi aparılmasını təmin etmək;
- Mağazalarda ticari marketinq fəaliyyətlərinin (POS materiallar, vitrin yerləşdirilməsi, endirim aksiyaları və s.) düzgün icrasına nəzarət etmək;
- Kampaniya analizlərini və satış dinamikasını izləmək, gedişat barədə rəhbərliyə mütəmadi hesabat vermək.
İş şəraiti
- İş qrafiki:
- 5 günlük
- İş saatları: 09:00-18:00
Tələblər
- Ali təhsil (marketinq, biznesin idarə edilməsi, və ya əlaqədar sahələr üzrə);
- 5 il ticari marketinq sahəsində minimum (1 il rəhbər vəzifəsində) iş təcrübəsi;
- Satış analitikası, kampaniya idarəçiliyi və büdcə planlaşdırılması sahəsində biliklər;
- MS Excel, PowerPoint və analitik proqramlarla (məsələn, Power BI) işləmək bacarığı;
- Satış nöqtələrində vizual və promofəaliyyətlərin təşkili ilə bağlı təcrübə;
- Güclü analitik düşüncə və nəticəyə yönəlik iş tərzi;
- Azərbaycan dilində səlis yazılı və şifahi nitq;
- Rus və ya İngilis dili biliyi üstünlük sayılır.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə 5-8 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.













