OBA marketlər şəbəkəsi
Maliyyə Nəzarəti üzrə mütəxəssis
Son tarix 15 noy 2025 Müraciət et
Təsvir
- Şirkətin xərcləri və əməliyyat gəlirlərini faktiki göstəricilər əsasında analiz etmək, plan və hədəflərlə müqayisə edərək kənarlaşmaları müəyyənləşdirmək və səbəblərini təhlil etmək
- Xərclərin təyinatına uyğunluğunu yoxlamaq, təxirəsalına biləcək və ya təkrarlanan xərcləri müəyyənləşdirmək, onların strategiyaya təsirini qiymətləndirmək
- Maliyyə əməliyyatlarında nəzarət nöqtələri müəyyən edərək daxili nəzarət sistemlərinin qurulması və tətbiqinə dəstək vermək
- Maliyyə pozuntularını, proses gecikmələrini və uyğunsuzluqları erkən mərhələdə aşkar etmək üçün monitorinq sistemlərini tətbiq etmək
- Aylıq, rüblük və illik hesabatlar hazırlamaq, göstəriciləri vizual (qrafik/cədvəl) formada təqdim edərək rəhbərliyi məlumatlandırmaq
- SAP, ERP və digər maliyyə sistemlərindən alınan məlumatların düzgünlüyünü yoxlamaq, məlumat keyfiyyətini artırmaq üçün avtomatlaşdırma imkanlarını təhlil etmək
- Potensial maliyyə risklərini (kənarlaşmalar, əlavə xərclər, ləngimələr və s.) müəyyən etmək və onların qarşısını almaq üçün nəzarət planları hazırlamaq
- Audit və digər nəzarət orqanları ilə əməkdaşlıq çərçivəsində məlumatların vaxtında və şəffaf təqdim edilməsinə nəzarət etmək
Tələblər
- Təhsil: Ali (maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat sahəsində)
- Maliyyə nəzarəti və ya audit sahəsində 2 il iş təcrübəsi
- ACCA, CIMA, CPA kimi beynəlxalq maliyyə sertifikatlarının olması və ya davam etdirilməsi (üstünlükdür)
- Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı üstünlükdür.
- Microsoft Excel-də yüksək səviyyədə işləmək bacarığı (məlumatların təhlili, hesabatların hazırlanması və s.)
- ERP və ya mühasibatlıq proqramları ilə işləmə bacarığı
- Güclü analitik düşüncə və dəqiqlik
- Komanda ilə işləmək və struktur daxilində effektiv kommunikasiya
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
İmtiyazlar
- Korporativ nömrə
- Nahar təminatı
- Karyera inkişafı
- Peşəkar təlim imkanları
- Servis ximdəti
- İş Qrafiki: Həftə içi 5 gün
- İş saatları: 09:00-18:00
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.