OBA marketlər şəbəkəsi
Təşkilati İnkişaf üzrə Mütəxəssis
Son tarix 21 sen 2025 - Müraciət et
Təsvir
- Təşkilati strukturun vizual modellərini hazırlamaq, dəyişiklikləri təhlil edərək rəhbərliyə təqdim etmək və strukturun səmərəliliyini artırmaq;
- Təsdiq olunmuş struktur dəyişiklikləri və yeniliklərin operativ icrasını təmin etmək, təşkilati çevikliyin qorunmasına dəstək göstərmək;
- Şirkət daxilində insan resursları siyasətinə dair təlimat və qaydaları hazırlamaq, tətbiqini təmin etmək və icrasına nəzarət etmək;
- İşçilərin performans qiymətləndirmə proseslərinin izlənilməsini təmin etmək, nəticələri təhlil edərək rəhbərliyə təqdim etmək;
- İşçilərin motivasiyası məqsədilə mükafatlandırma və təşviq mexanizmlərinə dair təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Rəhbərlik tərəfindən tələb olunan hesabatların vaxtında və dəqiq hazırlanmasını təmin etmək;
- Ştat tələblərinin idarə olunması məqsədilə yeni işçi müraciətlərini qəbul etmək, ştat cədvəli ilə uyğunluğunu yoxlamaq və nəticələri rəhbərliyə təqdim etmək.
Tələblər
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, İnsan Resursları və ya digər müvafiq sahələr üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
- MS Office (xüsusilə Excel) və Visio proqramında yaxşı səviyyədə işləmə bacarığı;
- Vəzifə təlimatlarının və daxili normativ sənədlərin hazırlanması üzrə praktiki təcrübə;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları, komanda ilə effektiv işləmək bacarığı;
- Məsuliyyətli, detallara diqqətli və nəticəyönümlü olmaq
Vakansiya haqqında
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servis ximdəti
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.