OBA marketlər şəbəkəsi
İnşaat Mühəndisi (Gəncə)
Son tarix 27 yan 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təchizatçılar və anbar tərəfindən smeta üzrə göndərilən materialları yoxlamaq və qəbul etmək. Yoxlama zamanı uyğunsuzluqları aşkar etmək və müvafiq düzəlişlər etmək
- Mağazalarda təmirdən öncə formalaşan bütün söküntü materiallarının tikinti anbarına qaytarılmasını təmin etmək
- Smeta üzrə istifadə olunmamış və istifadəyə yararlı qalıq materialları akt əsasında müvafiq şəxslərə təhvil vermək
- Təmir-tikinti işləri bitməzdən 2 iş günü öncə Təmir-tikintiyə nəzarət üzrə baş mühəndisə bu barədə məlumat vermək
Namizədə dair tələblər:
- Təhsil: Ali (İnşaat Mühəndisliyi arzuolunandır)
- Təcrübə: Müvafiq sahədə minimum 1 il (Smeta ilə iş təcrübəsi)
- Avtomobil (Mütləq)
- Tikinti ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumatlı olmaq
- Materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı
- Komanda ilə işləmək bacarığı
Əlavə təminatlar:
- Nahar ödənişi
- Korporativ nömrə
- Nəqliyyat və Amortizasiya xərci qarşılanır
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- İş yeri Gəncə şəhəri- yaxın regionlara ezam olunacaq
- Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnşaat Mühəndisi (Gəncə)" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.