OBA marketlər şəbəkəsi
Performans və istedadların idarə edilməsi üzrə mütəxəssis
Son tarix 05 sen 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müvafiq funksiyalar üzrə vəzifələrin illik,rüblük və aylıq hədəflərin təyin edilməsini təmin etmək;
- Fəaliyyətlərin qiymətləndirilməsi üzrə hesabatların və təhlillərin aparılması;
- Performans nəticələrini izləmək, fəaliyyətin qiymətləndirilməsi nəticələrinin idarəedilməsi prosesi üçün hesabatları hazırlamaq;
- Kritik rolların və davamçıların müəyyənləşdirilməsini təşkil etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarıqları (Powerpoint, Word və Excel yaxşı səviyyədə)
- Visio proqramında yaxşı səviyyədə işləmək bacarığı
- Dil bilikləri (İngilis dili yaxşı səviyyədə üstünlükdür)
- Analitik düşüncə, yüksək ünsiyyət, problem həlletmə və qərar vermə bacarıqları
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Performans və istedadların idarə edilməsi üzrə mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.