OBA marketlər şəbəkəsi
Vergi Uçotu üzrə Mütəxəssis
Son tarix 09 avq 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Dövlət Vergi Xidməti tərəfindən online kargüzarlığa daxil olmuş məktubları izləmək və müvafiq məktubları cavablandırmaq;
- Vergilər üzrə bəyannamələr hazırlamaq və aidiyyəti struktura təqdim etmək;
- Vergi ilə bağlı əməliyyatların mövcud proqram təminatında qeydiyyatını aparmaq;
- Tədarükçülərlə müvafiq danışıqları aparmaq və proseslərə nəzarət etmək;
- Nəzarət-kassa aparatlarını və posterminal sifarişi ilə bağlı əməliyyatları icra etmək;
- Kreditor/debitor hesabatlarının hazırlanmasını təşkil etmək.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadi yönümlü);
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1c il iş təcrübəsi;
- ƏDV depozit hesabla işləmək bacarığı;
- Vergi məcəlləsi üzrə biliklərə sahib olmalı;
- Kompüter bilikləri: MS Office (Word, Excel-Yaxşı səviyyədə);
- Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə;
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları: 09:00–18:00;
- Nahar fasiləsi:13:00-14:00
- Şənbə və Bazar istirahət günləri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Vergi uçotu üzrə mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.