OBA marketlər şəbəkəsi
Əmək haqqı üzrə mütəxəssis
Son tarix 12 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək;
- Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin etmək;
- Əməkdaşlarının işə davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının uçotu tabellərini tərtib etmək;
- Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali (maliyyə və mühasibatlıq sahələri üzrə arzu olunandır);;
- İş təcrübəsi: müvafiq sahədə 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək;
- Kompüter bilikləri: MS Office (Word, Excel yaxşı səviyyədə)
- Məsuliyyətlilik, operativlik, stressə dözümlülük
İş yeri: Məhəmmədi qəsəbəsi
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Əmək haqqı üzrə mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşə qəbul üzrə mütəxəssis
Son tarix 12 fev 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsini təşkil etmək;
- Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələri təşkil etmək;
- İşçi ehtiyaclarının araşdırılmasında və ehtiyat bazanın formalaşdırılmasında iştirak etmək;
- Karyera sərgilərində iştirak etmək;
- Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsini təmin etmək;
- İşə qəbul üzrə müvafiq hesabalatların hazırlanmasını təşkil etmək.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali;
- İş təcrübəsi: müvafiq sahədə 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (Word, Excel yaxşı səviyyədə)
- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Məsuliyyətlilik, operativlik, stressə dözümlülük
İş yeri: Məhəmmədi qəsəbəsi
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İşə qəbul üzrə mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.